Müsəlmanlar
Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir?

Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir?

Sual: İnternet şəbəkəsindəki bir çox saytda ölüyə Quran tapşırmaqla əlaqədar hədislər var. Hətta bu hədislərlə əlaqədar bir elmi iş də var. Orada deyilir ki, hədis alimləri bu hədisləri səhih hesab edirlər. Həqiqətən də, belədir? Muhəmməd peyğəmbər oğlu Qasıma, Xədicə anamıza və Bədr şəhidlərinə Quran oxuyubmu?

Cavab: Çox yaxşı məlumdur ki, belə bir şey olmayıb. Bir az bundan qabaq dedim, bir də deyirəm:

Tövbə surəsinin 5-ci ayəsi ilə 200-dən çox ayənin “nəsx olunduğunu” deyənlərin hamısı adlarını eşitdiyiniz vaxt ayağa qalxıb təzim etmək istədiyiniz “alim”lərdir!

Allah Təala belə deyir:

“Bu sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün”.

Elə isə ölüləri nədən xəbərdar edəcəksiniz? Ölülərə nə deyəcəksiniz? “Sən ölülərə heç bir şey eşitdirə bilməzsən”, – deyən də Allahdır.

Qısa desək, belə bir şey mümkün deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar geniş cavab üçün aşağıdakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/3215.html

http://www.muselmanlar.com/fitvalar/3243.html

http://www.muselmanlar.com/fitvalar/2706.html

http://www.muselmanlar.com/fitvalar/3583.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.