Müsəlmanlar
Bukmeker şirkətlərinin nöqsanlarından istifadə edib pul qazanmaq olar?

Bukmeker şirkətlərinin nöqsanlarından istifadə edib pul qazanmaq olar?

Sual: Mən bukmeker şirkətlərinin qazanc sistemində bir tutarsızlıq tapmışam. Özüm proqramistəm. Bu faktoru nəzərə alıb bir sistem yaratmışam. Bu sistemə əsasən uduzmaq söhbəti yoxdur. Yəni, sistem oyunun nəticəsindən asılı olmadan işləyir. Oyun hansı hesabla qurtarırsa, qurtarsın, bu sistemə əsasən oynayanın qazancı dəyişmir. Bir oyunda 1 lirəni dəqiq surətdə 5 lirəyə çevirə bilirəm. Bunu riyazi olaraq hesablamışam. Əgər bu cür hərəkət edib pul qazansam, haram olar? Axı bukmeker şirkətləri qumar oynadırlar. Yəni, onların gördüyü bu iş haramdır. Bir daha deyirəm, mən ehtimallardan danışmıram. Haqqında danışdığım şeylər dəqiqdir. Əgər istəsəm, milyonlarla pul qazana bilərəm. Amma bunun haram olacağından ehtiyat edirəm. Buna siz nə deyirsiniz?

Cavab: Bukmeker şirkətlərinin oynatdıqları oyunlar qəti surətdə qumardır. Bunda heç bir şübhə ola bilməz. Qumar da böyük günahlardan biridir. Başqa sözlə desək, bir müsəlmanın bəxt oyunları oynamağı qətiyyən düzgün deyil. Bu, məsələnin birinci hissəsidir. Ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qumar

İndi isə sualınızın ikinci hissəsinə gələk. Siz bildirirsiniz ki, bukmeker şirkətlərinin sistemində necə deyərlər, açıq bir qapı “kəşf” etmisiniz. Elə isə siz də yaxşı bilirsiniz ki, bu yolla pul qazanmaq qeyri-qanunidir. Oynanan oyunun qumar olmağı o demək deyil ki, siz kiminsə pulunu oğurlayasınız.

Bir müsəlmanın: “İşki satırlar”, – deyə, bir barı, “Zina edirlər”, – deyə, bir ümumxananı (fahişəxana) qarət etməyi düzgün deyil. Dində belə şeylərə icazə yoxdur! Eynilə bunun kimi, qumar oynadırlar deyə, bukmeker şirkətlərinin hesablarını talan etmək də düz deyil. Bu, açıq-aydın bir oğurluqdur. Oğurluq etmək də qumar kimi böyük günahlardan biridir.

Elə isə siz bu yola heç girməyin. Bu işə əsla təşəbbüs etməyin. Bundan uzaq durun.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.