Vəftiz
Müsəlmanlar > Fitvalar > Katolik xristianlar Tarix: 30 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Vəftiz nə deməkdir? Katolik xristianlıqda vəftiz haqqında nə deyilir?

Cavab: Vəftiz “su­ya sa­l­maq” və ya “suya batırmaq” de­mək­dir. Bu, Mə­si­hin öl­dük­dən son­ra dəfn edil­mə­si­ni və onun­la bir­lik­də di­ri­lə­rək ye­ni var­lıq ki­mi or­ta­ya çıx­ma­sı­nın rəmzi mənasıdır.1

Ka­to­lik­lə­rin fik­rin­cə, vəftiz xris­tian ol­ma­ğın ilk şər­ti­dir.

Rəbb İsa gü­nah­la­rın ba­ğış­lan­ma­sı­nı inan­ca və vəftizə bağ­la­mış­dır.2 Vəftiz əs­na­sın­da alı­nan bəx­şiş o qə­dər tam və qü­sur­suz­dur ki, nə ilk gü­nah­da, nə də azad ira­də ilə iş­lə­di­lən gü­nah­lar­da si­li­nə­cək bir şey və ya cə­za­sı ödə­ni­lə­cək gü­nah qal­ır.

Ka­to­lik­lə­rin fik­rin­cə, vəftiz­lə bü­tün gü­nah­lar, əsas gü­nah və bü­tün şəx­si gü­nah­lar cə­za­la­rı ilə bir­lik­də ba­ğış­la­nır. Ar­tıq vəftiz­lə gü­na­hı tə­miz­lə­nən in­san­lar üçün Tan­rı­nın ha­ki­miy­yə­ti­nə da­xil ol­ma­la­rı­na nə Adə­min gü­na­hı, nə şəx­si gü­nah­lar, nə də ən pi­si Tan­rı­dan ay­rıl­ma gü­na­hı­nın gə­tir­di­yi ma­neə­lər qa­lır.

“Vəftiz ata Tan­rı­da oğ­lu va­si­tə­siy­lə mü­qəd­dəs ruh­da ye­ni­dən do­ğul­uşu təmin edən lütf­dür. Çün­ki Tanrının ru­hu­nu da­şı­yan­lar Oğu­la yö­nə­lir­lər, Oğul on­la­rı Ata­ya təq­dim edir, Ata isə on­la­ra uzu­nö­mür­lü­lük ve­rir.”

BİR KEŞİŞLƏ SÖHBƏT

Bir pro­tes­tant ke­şi­şi ilə et­di­yim söh­bət kil­sə­nin özü­nü ne­cə Al­la­hın ye­ri­nə qoy­du­ğu­nu göstərir:

Dedim: Xris­tian ol­ma­ğın ən mü­hüm şər­ti nə­dir?

De­di: Vəftiz olun­maq­dır.

De­dim: Kil­sə­nin bü­tün inanc və iba­dət­lə­ri­ni sə­mi­mi qəlb­dən qə­bul edən, ayin­lə­ri­ndə iştirak edən, kil­sə­yə dai­ma kö­mək­lik gös­tə­rən, la­kin vəftiz olun­ma­yan bi­ri­si xris­tian sa­yı­lır?

De­di: Xeyr. Çün­ki hər in­san ki­mi o da Adə­min et­di­yi əsas gü­nah­la dün­ya­ya gəl­miş­dir. Onun hə­min gü­nah­dan və bü­tün gü­nah­lar­dan tə­miz­lən­mə­si yal­nız vəftiz­lə müm­kün­dür. Vəftiz insanı Tan­rı­nın xal­qı ara­sı­na da­xil edir.

De­dim: Bir in­san vəftiz olun­maq üçün mü­ra­ciət et­sə, la­kin qə­bul edil­mə­sə, baş­qa bir kil­sə­yə ge­dər­kən yol­da öl­sə, cən­nə­tə dü­şər, yox­sa cə­hən­nə­mə?

De­di: Cə­hən­nə­mə. Çün­ki vəftiz edil­məmişdir.

De­dim: Kör­pə ikən vəftiz olu­nan, son­ra kil­sə­yə heç get­mə­yən, gü­nah­lar­la do­lu hə­yat ya­şa­yan bir in­san öl­dük­də ha­ra ge­dir?

De­di: Cən­nə­tə. Çün­ki vəftiz­lə Tan­rı­nın xal­qın­dan ol­muş­dur.

De­dim: Bu gün bir çox yer­lər­də mü­səl­man olan xris­tian­lar var. Bun­lar si­zə gö­rə də müsəlman­dır­lar?

De­di: Xeyr, on­lar xris­tian­dır­lar. Çün­ki biz on­la­rı kil­sə­dən çı­xart­ma­dıq.

De­dim: Yə­ni xris­tian­lıq­dan çıx­maq üçün də si­zin təs­di­qi­niz la­zım­dır? Hət­ta kör­pə ikən vəftiz olun­sa da?

De­di: Bə­li, elə­dir.

De­dim: Bu di­nə gir­mək də si­zin qə­ra­rı­nız­la olur, çıx­maq da? O za­man bu Al­la­hın de­yil, kilsənin di­ni olur.

Ca­vab yox­dur…

Suala cavab verdi: Professor Abdulaziz Bayındır3

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf. 1213. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir. []
  2. Eyni əsər, par. 978. []
  3. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.364 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hal-hazırda Xristianların əlində xalis İncil varmı? 17.04.17 539 dəfə oxundu
2 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 539 dəfə oxundu
3 Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu? 23.02.18 116 dəfə oxundu
4 Quranın bəhs etdiyi İncil hansı İncildir? 16.11.18 118 dəfə oxundu
5 Vəftiz 30.06.11 1.364 dəfə oxundu
6 Katolik xristian əqidəsində şəfaət məsələsi 22.06.11 1.345 dəfə oxundu
7 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 2.315 dəfə oxundu
8 Katolik xristian əqidəsində qeyb məsələsi 23.06.11 1.502 dəfə oxundu
9 Həvarilər 29.06.11 1.961 dəfə oxundu
10 Katolik xristianlıqda həzrəti Məryəmə münasibət 24.06.11 1.457 dəfə oxundu
11 Katolik xristianlıqda keşiş və keşişlik 13.07.11 2.085 dəfə oxundu