Həvarilər
Müsəlmanlar > Dinlər tarixi > Fitvalar > Katolik xristianlar > Qeyri-müsəlmanlar Tarix: 29 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Həvarilər kimlərdir? Quran və İncildə onların haqqında nəsə deyilir?

Cavab: Hə­va­ri­lər1 İsa əley­his­sə­la­ma dəs­tək ve­rən 12 nə­fə­rə de­yi­lir. İsa İs­rail oğul­la­rı­nın2 onu qə­bul et­mək is­tə­mə­dik­lə­ri­ni ba­şa düş­dük­də:

قَالَ مَنْ اَنْصَارِى اِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ اَنْصَارُ اللَّهِ اَمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِاَنَّا مُسْلِمُون

“Al­lah yo­lun­da mənə kim kö­mək edər?” – de­yə so­ruş­du. Hə­va­ri­lər de­di­lər: “­Alla­h üçün Biz kö­mək edərik! Çünki Biz Al­la­ha inan­dıq. Sən də ona təs­lim ol­du­ğu­mu­za şa­hid ol!” (Ali-İm­ran su­rə­si, 3/52).

Ə­li­miz­də­ki İn­ci­lə əsa­sən İsa çar­mı­xa çə­ki­lib dəfn edil­dik­dən üç gün son­ra qəb­rin­dən çıx­mış, Cə­li­lə­də 11 hə­va­ri­si­nə gö­rün­müş və be­lə de­miş­dir:

«Göy­də və yer üzün­də bü­tün ix­ti­yar mə­nə ve­ril­di. Bu sə­bəb­dən ge­dib bü­tün mil­lət­lə­ri tələbələ­rim ki­mi ye­tiş­di­rin. On­la­rı Ata, Oğul və Mü­qəd­dəs Ru­hun adıy­la vəftiz edin. Si­zə buyur­du­ğum hər şe­yə ta­be ol­ma­la­rı­nı on­la­ra öy­rə­din. Be­lə ki, mən dün­ya­nın so­nu­na qə­dər hər an si­zin­lə bir­lik­də­yəm» (Mat­ta, 28/16-20).

Bu söz­lər İn­cil­ə aid ola bil­məz. Hə­qi­qi İn­cil yal­nız Al­la­hın söz­lə­rini ehtiva etməlidir. İsa­nın ölü­mün­dən son­ra hə­va­ri­lə­rinə gö­rün­mə­si id­dia­sı­ da qə­bul edilə bilməz.

Uca Al­lah be­lə bu­yu­rur:

وَقَفَّيْنَا عَلَى اَثَارِهِمْ بِعِيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَيةِ وَاَتَيْنَاهُ الْاِنْجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَيةِ وَهُدًى وَمَوْعِظَةً لِلْمُتَّقِينَ

“İs­rail pey­ğəm­bər­lə­ri­nin ar­dın­ca Mər­yəm oğ­lu İsa­nı özün­dən qa­baq­kı Töv­ra­tı təs­diq edən bir elçi kimi gön­dər­dik. Ona da doğru yolu göstərən və aydınladan olan İncili verdik. O qarşısındakı Töv­ra­tı təs­diq edən, yol göstərən və çəkinənlərə nə­si­hət verən bir kitabdır” (Mai­də su­rə­si, 5/46).

مَاالْمَسِيحُ ابْنُ مَرْيَمَ اِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ وَاُمُّهُ صِدِّيقَةٌ كَانَا يَاْكُلَانِ الطَّعَامَ اُنْظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْاَيَاتِ ثُمَّ انْظُرْ اَنَّى يُؤْفَكُونَ

“Mər­yəm oğ­lu Mə­sih an­caq bir elçidir. On­dan əv­vəl də elçilər­lər gə­lib get­miş­dir. Onun ana­sı isə çox pak bir qa­dındır. On­lar­dan hər iki­si də ye­mək ye­yər­dilər. İndi sən onlara bu sənədləri ne­cə ba­şa sa­ldığımıza, bir də onların yalana ne­cə üz çe­vi­ri­ldiklərinə bax!” (Mai­də su­rə­si, 5/75).

İ­sa əley­his­sə­lam və­fat et­dik­də dün­ya ilə əla­qə­si kə­sil­di. O, axi­rət­də Al­la­ha be­lə de­yə­cək­dir:

مَا قُلْتُ لَهُمْ اِلَّا مَا اَمَرْتَنِى بِهِ اَنِ اعْبُدُوا اللَّهَ رَبِّى وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِى كُنْتَ اَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ وَاَنْتَ عَلَى كُلِّ شَىْءٍ شَهِيدٌ

“On­la­rın ara­sın­da olduğum ərəfədə mən on­la­ra şa­hid idim. Sən mə­ni vəfat etdirəndən son­ra on­la­ra nə­za­rət­çi ancaq Özün ol­dun. Yal­nız Sən hər şe­yi görürsən, şa­hid­sən!” (Mai­də su­rə­si, 5/117).

Dolayısı ilə, İsa­nın və­fa­tın­dan son­ra de­di­yi id­dia edi­lən yu­xa­rı­da­kı söz­lər, nə İn­ci­lin bir hissəsi, nə də İsa əley­his­sə­la­mın söz­lə­ri ola bi­lər.

İn­ci­lə edi­lən bu ki­mi əla­və­lə­rə əsas­la­na­raq hə­va­ri­lə­rə bir sı­ra ruhani səlahiyyətlər ve­ril­miş­dir. Bu əla­və­lər­dən bi­ri­nə əsa­sən, İsa 12 hə­va­ri­sin­dən bir he­yət təş­kil et­miş, Pyot­ru rəh­bər tə­yin et­miş və ona be­lə de­miş­dir:

«Göy­lə­rin ha­kim­li­yi­nin aça­rı­nı sə­nə ve­rə­cə­yəm. Yer üzün­də bağla­ya­ca­ğın hər şey göy­lər­də də bağ­la­na­caq. Yer üzün­də aça­ca­ğın hər şey, göy­lər­də açılacaq» (Mat­ta, 16/19).

Bağ­la­maq və aç­maq ix­ti­ya­rı be­lə şərh edi­lir: Hə­va­ri­lə­rin top­lu­ma (kil­sə­yə) qə­bul edə­cək­lə­ri və ya ora­dan uzaq­laş­dı­ra­caq­la­rı in­san­lar Al­lah tə­rə­fın­dən də qə­bul edi­lir, ya­xud uzaq­laş­dı­rı­lır. Kil­sə ilə ba­rış­maq Al­lah­la ba­rış­maqdır.3

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İsa dağa çıxaraq özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər. İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar onun yanında olsun, həm də onları vəz etməyə göndərsin, həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar. Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, Bene-Rageş, yəni, «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. (Mar­kus, 3/14-19). []
  2. Baxın: Saff, 61/14 []
  3. Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf. 1445. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.966 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 1.821 dəfə oxundu
2 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.915 dəfə oxundu
3 Bu qədər səhvə baxmayaraq İsrail oğulları nə üçün məhv edilmədilər? 11.01.13 1.350 dəfə oxundu
4 Quranın varlığından xəbəri olan qeyri-müsəlmanlara təbliğ çatmış sayılırmı? 26.05.17 463 dəfə oxundu
5 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 2.079 dəfə oxundu
6 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 1.732 dəfə oxundu
7 Yəhudilərin təhrif etdikləri sözlər hansılardır? 25.03.13 1.331 dəfə oxundu
8 Cizyə vergisi nədir, kimdən alınır? 29.01.18 154 dəfə oxundu
9 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 1.964 dəfə oxundu
10 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 4.506 dəfə oxundu
11 Qeyri müsəlman bir ailənin övladı kimi dünyaya gələn insanın bəxti yoxdur? 25.04.13 1.337 dəfə oxundu
12 Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu? 23.02.18 126 dəfə oxundu
13 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 2.022 dəfə oxundu
14 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.612 dəfə oxundu
15 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.578 dəfə oxundu
16 Qeyri-müsəlman bir ölkədə oxumağın və yaşamağın dini qəbahəti varmı? 26.03.18 148 dəfə oxundu
17 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 2.301 dəfə oxundu
18 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 3.404 dəfə oxundu
19 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.802 dəfə oxundu
20 Muhəmməd (ə.s.)-a inanmayan əhli-Kitab cənnətə girə bilərmi? 28.09.18 161 dəfə oxundu
21 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 834 dəfə oxundu
22 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 2.114 dəfə oxundu
23 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
24 Yaxşı işlər görən qeyri-müsəlmanların halı necə olacaq? 22.04.19 251 dəfə oxundu
25 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 2.325 dəfə oxundu
26 Həvarilər 29.06.11 1.966 dəfə oxundu
27 Qeyri-müsəlmana içki satmaq olar? 19.11.13 1.451 dəfə oxundu
28 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.535 dəfə oxundu
29 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.716 dəfə oxundu
30 Müsəlman olmayana sədəqə vermək olar? 01.12.13 1.375 dəfə oxundu
31 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 1.534 dəfə oxundu
32 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.176 dəfə oxundu
33 Qeyri-müsəlmanlarla şərikli bizneslə məşğul olmaq olar? 06.02.15 1.109 dəfə oxundu
34 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 1.783 dəfə oxundu
35 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 1.833 dəfə oxundu
36 Yəhudi və Xristianları özümüzə dost tuta bilərikmi? 18.05.15 1.132 dəfə oxundu
37 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 3.242 dəfə oxundu
38 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.353 dəfə oxundu
39 Təbliğ çatmayan yerdə qeyri-müsəlmanlar nədən məsuliyyət daşıyır? 01.10.15 916 dəfə oxundu
40 Müsəlman olmayanın haqqını yemək 20.12.10 2.062 dəfə oxundu
41 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 1.900 dəfə oxundu
42 Bir müsəlmanın qalstuk taxması doğrudurmu? 19.10.16 820 dəfə oxundu
43 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 1.748 dəfə oxundu
44 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.292 dəfə oxundu
45 Ateizmlə əlaqədar təbliğata münasibətiniz nədir? 11.08.14 1.171 dəfə oxundu
46 İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan cizyə alınmalıdırmı? 21.10.16 561 dəfə oxundu
47 Qeyri-müsəlmanlar 29.06.09 1.846 dəfə oxundu
48 Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir? 30.05.13 1.738 dəfə oxundu
49 Boykot edilən yəhudi və xristian mallarını almaq haramdır? 30.03.12 1.533 dəfə oxundu
50 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 420 dəfə oxundu
51 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 2.720 dəfə oxundu
52 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 2.432 dəfə oxundu
53 Dini xidmətlər üçün müsəlman olmayanlardan ianə yığmaq olar? 18.04.12 1.313 dəfə oxundu
54 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.206 dəfə oxundu
55 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 1.694 dəfə oxundu
56 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 2.095 dəfə oxundu
57 Müsəlman olmayanları nəyə görə Məkkəyə buraxmırlar? 15.06.12 1.551 dəfə oxundu
58 Münafiqlər ən pis kafirdən də aşağıda, ən pis əzabla üzləşəcəklər? 20.01.17 351 dəfə oxundu