Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk?
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 24 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Mən sizin saytınızda qəbir üstünə getməklə əlaqədar olan yazıların hamısını oxudum. Mən də bir çox məsələdə sizinlə həmfikirəm. Muhəmməd peyğəmbərin dediyi kimi, qəbir üstünə getməyin məqsədi o biri dünyanı yada salmaqdır. Siz də bu hədisi yazmısınız. Eyni zamanda qeyd etmisiniz ki, qəbir üstünə getdikdə müəyyən duaları oxumaq və qəbristanlıqda yatanlara salam vermək lazımdır. Məgər bu hal: “Onlar sizin səsinizi eşitməzlər” ayəsinə zidd deyil?

Cavab: Biz müsəlmanlar qəbir üstünə gedirik və orada salam veririk. Amma salamı səsimizi qəbirdəkilərə eşitdirmək üçün vermirik. Salam bir duadır. Biz sadəcə olaraq Allahın məsləhət bildiyi və peyğəmbərin (s. a. v.) həyata keçirdiyi qaydada özümüzdən əvvəl imanla gəlib gedən qardaşlarımıza salam verib onlar üçün xeyir-dua edirik.

Əlavə olaraq: “Dirilərlə ölülər də bir olmazlar. Şübhəsiz ki, Allah istədiyinə eşitdirir. Sən qəbirdəkilərə eşitdirə bilməzsən” (Fatir, 35/22) ayəsinə əsasən bizim verdiyimiz salamı məhz Allahın onlara eşitdirməyi də mümkündür. Başqa sözlə desək, biz eşitdirə bilmərik. Amma bu, Allah üçün asandır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2163.html

http://www.muselmanlar.com/fitvalar/407.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.428 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.050 dəfə oxundu
2 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.473 dəfə oxundu
3 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.172 dəfə oxundu
4 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.110 dəfə oxundu
5 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.493 dəfə oxundu
6 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.428 dəfə oxundu
7 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.474 dəfə oxundu
8 Pir və ziyarətgahlar 07.12.10 19.965 dəfə oxundu
9 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.080 dəfə oxundu
10 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.189 dəfə oxundu
11 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.506 dəfə oxundu
12 Qəbir ziyarəti 29.06.09 4.159 dəfə oxundu
13 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.458 dəfə oxundu
14 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.867 dəfə oxundu
15 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 676 dəfə oxundu
16 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.714 dəfə oxundu
17 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 93 dəfə oxundu
18 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.130 dəfə oxundu
19 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 2.997 dəfə oxundu
20 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 4.851 dəfə oxundu