- Müselmanlar - http://www.muselmanlar.com -

Dua sözünə ibadət mənası vermək olar?

Cavab: “Dua də­vət sö­zü­nün məs­də­ri­dir. Da­ha son­ra ki­çik­dən bö­yü­yə, aşa­ğı­dan yu­xa­rı­ya çatdı­rı­lan is­tək və eh­ti­yac mə­na­sı­nda adət ol­muş, isim ki­mi də iş­lə­dil­miş­dir. “Dua­ya qu­laq asdım, dua oxu­dum”, – deyilməsi də, bu­na bən­zər­dir.”1 [1]

İ­ba­dət isə itaət et­mək mə­na­sı­na gə­lir. İtaət ta­be ol­maq de­mək­dir. Bu, da­ha çox əm­rə ta­be olmaq və onun izi ilə get­mək mə­na­sın­da iş­lə­di­lir.2 [2] Azərbaycan və Türk di­llərin­də bu­na “qulluq” de­yi­lir. İba­dət ter­min ki­mi Alla­hın əm­ri­ni ye­ri­nə ye­tir­mək üçün sə­mi­mi niy­yət­lə na­maz qıl­maq və oruc tut­maq ki­mi davra­nış­la­ra ve­ri­lən ad­dır.

Dua ilə iba­dət ara­sın­da ya­xın əla­qə var­dır. İba­də­tin əsas məq­sə­di dua­dır. Yə­ni Al­la­ha iba­dət edən in­san bə­zi is­tək­lə­ri­ni əl­də et­mək is­tə­yir. Al­lah Təa­la da dua­la­rı­mı­zın qə­bu­lu üçün həm na­maz qıl­ma­ğı­mı­zı, həm də sə­bir­li ol­ma­ğı­mı­zı əmr edə­rək be­lə bu­yu­rur:

يَا اَيُّهَا الَّذِينَ اَمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَوةِ اِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

“Ey iman gə­ti­rən­lər! Sə­bir göstərərək və namaz qılaraq kö­mək di­lə­yin. Çün­ki Al­lah səbir edən­lər­lə­ bərabərdir” (“Bə­qə­rə” su­rə­si, 2/153). Bir ayə də be­lə­dir:

وَاِذَا سَاَلَكَ عِبَادِى عَنِّى فَاِنِّى قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِى وَلْيُؤْمِنُوا بِى لَعَلَّهُمْ يَرْشُدُونَ

“Qullarım Mə­ni sən­dən so­ruş­duq­da söy­lə ki, Mən ya­xı­nam. Mənə dua edəndə dua duası­nı qə­bul edə­rəm. Gə­rək on­lar da Mə­nim ça­ğı­rı­şı­mı qə­bul etsinlər. Mənə güvənsinlər. Bəlkə də yetkinləşirlər” (“Bə­qə­rə” su­rə­si, 2/186).

İn­san Al­lah­dan bir şey is­tə­dik­də ona da­ha yax­şı qul ol­ma­ğa ça­lı­şır. Bu sə­bəb­dən iba­dət qa­bıq, dua isə nüvə ki­mi­dir. Mu­həm­məd sal­lal­la­hu aley­hi va səl­ləm be­lə de­miş­dir: “Dua iba­dət­dir,3 [3] Dua iba­də­tin ili­yi­dir, əsa­sı­dır.”4 [4] Əsas məq­səd Al­la­ha is­tək­lə­ri­ni qə­bul et­dir­mək­dir. Dua əvə­zi­nə iba­dət sö­zü işlədildik­də, bu əla­qə­lər ta­ma­mi­lə itir. O za­man in­san­lar va­si­tə­çi­lər­dən kö­mək göz­lə­mə­yə başlayırlar.

İs­tək­lə­ri­ni bir öv­li­ya və ya bir ru­ha­ni va­si­tə­si ilə Al­la­ha bil­di­rən, əv­vəl­cə onu ra­zı sal­maq istəyir. Ona hə­diy­yə­lər, qur­ban­lar təq­dim edir, mə­nə­vi hü­zu­run­da tə­zim edir. Bu­nun ona qulluq, yəni iba­dət ol­du­ğu “Əh­qaf” su­rə­si­nin 6-cı ayə­sin­də be­lə ifa­də edil­miş­dir:

وَاِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ اَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

“O in­san­lar bir yerə top­la­na­caq­la­rı gün bun­lar on­la­ra düş­mən ola­caq və on­la­rın qulluğunu (iba­də­tləri­ni) qəbul etməyəcəklər” (“Əh­qaf” su­rə­si, 46/6).

Bu ayə də bu işin şirk ol­du­ğu­nu hökm­ə bağlayır. Al­lah Təa­la be­lə bu­yu­rur:

قُلْ اِنَّمَا اَدْعُوا رَبِّى وَلَا اُشْرِكُ بِهِ اَحَدًا

“De: “Mə­n ancaq Rəbbimə dua edirəm, ona heç kimi şərik qoşmaram!” (“Cinn” su­rə­si, 72/20).

Nə­ti­cə eti­ba­ri­lə, dua­ya iba­dət mə­na­sı ver­mək bə­zi ayə­lə­ri Qu­ran­dan çı­xar­ıb atmaq ki­mi­dir. Mə­sə­lən, bu dav­ra­nış yu­xa­rı­da­kı üç ayə­ni bü­tə iba­dət edən­lər­ə məxsus hala gə­tir­miş­dir. Al­lah Təa­la iba­dət və dua söz­lə­ri­ni fərq­li mə­na­lar­da iş­lət­di­yi­nə gö­rə Qu­ra­nın təf­sirini və tər­cü­məsini edən­lər bu fər­qə diq­qət ye­tir­mə­li­dir­lər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [5] © 2004 Bütün hüquqları qorunur.

  1. Elmalılı Muhammed Hamdi YAZIR, Hak Dini Kuran Dili, c. I, s. 662, (“Bə­qə­rə” su­rə­si 186-cı ayə­nin təf­si­ri) İs­tan­bul 1935. [ [6]]
  2. İbn Mən­zur, «Li­sa­nul-arab». İ­taət “tav” kö­kün­dən­dir. “Tav” bo­yun əy­mək de­mək­dir. Bu­nun ək­si səhv nif­rət et­mək, xoş­la­ma­maq­dır. Ayə­də be­lə bu­yu­ru­lur: “Son­ra Al­lah du­man ha­lın­da olan gö­yə üz tut­du ona və ye­rə be­lə buyur­du: “İs­tər-is­tə­məz buyruğuma gə­lin!” İkisi də: “İs­tə­yə­rək gəl­dik!” – de­dilər” (“Fus­si­lət” surə­si, 41/11). “İtaət” sö­zü də ey­ni kök­dən olub “bo­yun əy­mək” mə­na­sı­nı ve­rir və da­ha çox “Əm­rə ta­be ol­maq və izi ilə get­mək” mə­na­sın­da iş­lə­di­lir. (Rağıb el­İsfahânî, el­ Müfredât, طوع mad­də­si). [ [7]]
  3. Tir­mi­zi «Dua»,1, hə­dis N: 3372. [ [8]]
  4. Tir­mi­zi «Dua»,1, hə­dis N: 3371. [ [9]]