Dua sözünə ibadət mənası vermək olar?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 22 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Qurani-Kərimə əsasən Ərəb dilindəki dua sözünü ibadət sözü ilə eyni mənada qəbul etmək və bu cür işlətmək nə dərəcədə düzdür?

Cavab: “Dua də­vət sö­zü­nün məs­də­ri­dir. Da­ha son­ra ki­çik­dən bö­yü­yə, aşa­ğı­dan yu­xa­rı­ya çatdı­rı­lan is­tək və eh­ti­yac mə­na­sı­nda adət ol­muş, isim ki­mi də iş­lə­dil­miş­dir. “Dua­ya qu­laq asdım, dua oxu­dum”, – deyilməsi də, bu­na bən­zər­dir.”1

İ­ba­dət isə itaət et­mək mə­na­sı­na gə­lir. İtaət ta­be ol­maq de­mək­dir. Bu, da­ha çox əm­rə ta­be olmaq və onun izi ilə get­mək mə­na­sın­da iş­lə­di­lir.2 Azərbaycan və Türk di­llərin­də bu­na “qulluq” de­yi­lir. İba­dət ter­min ki­mi Alla­hın əm­ri­ni ye­ri­nə ye­tir­mək üçün sə­mi­mi niy­yət­lə na­maz qıl­maq və oruc tut­maq ki­mi davra­nış­la­ra ve­ri­lən ad­dır.

Dua ilə iba­dət ara­sın­da ya­xın əla­qə var­dır. İba­də­tin əsas məq­sə­di dua­dır. Yə­ni Al­la­ha iba­dət edən in­san bə­zi is­tək­lə­ri­ni əl­də et­mək is­tə­yir. Al­lah Təa­la da dua­la­rı­mı­zın qə­bu­lu üçün həm na­maz qıl­ma­ğı­mı­zı, həm də sə­bir­li ol­ma­ğı­mı­zı əmr edə­rək be­lə bu­yu­rur:

يَا اَيُّهَا الَّذِينَ اَمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَوةِ اِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

“Ey iman gə­ti­rən­lər! Sə­bir göstərərək və namaz qılaraq kö­mək di­lə­yin. Çün­ki Al­lah səbir edən­lər­lə­ bərabərdir” (“Bə­qə­rə” su­rə­si, 2/153). Bir ayə də be­lə­dir:

وَاِذَا سَاَلَكَ عِبَادِى عَنِّى فَاِنِّى قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِى وَلْيُؤْمِنُوا بِى لَعَلَّهُمْ يَرْشُدُونَ

“Qullarım Mə­ni sən­dən so­ruş­duq­da söy­lə ki, Mən ya­xı­nam. Mənə dua edəndə dua duası­nı qə­bul edə­rəm. Gə­rək on­lar da Mə­nim ça­ğı­rı­şı­mı qə­bul etsinlər. Mənə güvənsinlər. Bəlkə də yetkinləşirlər” (“Bə­qə­rə” su­rə­si, 2/186).

İn­san Al­lah­dan bir şey is­tə­dik­də ona da­ha yax­şı qul ol­ma­ğa ça­lı­şır. Bu sə­bəb­dən iba­dət qa­bıq, dua isə nüvə ki­mi­dir. Mu­həm­məd sal­lal­la­hu aley­hi va səl­ləm be­lə de­miş­dir: “Dua iba­dət­dir,3 Dua iba­də­tin ili­yi­dir, əsa­sı­dır.”4 Əsas məq­səd Al­la­ha is­tək­lə­ri­ni qə­bul et­dir­mək­dir. Dua əvə­zi­nə iba­dət sö­zü işlədildik­də, bu əla­qə­lər ta­ma­mi­lə itir. O za­man in­san­lar va­si­tə­çi­lər­dən kö­mək göz­lə­mə­yə başlayırlar.

İs­tək­lə­ri­ni bir öv­li­ya və ya bir ru­ha­ni va­si­tə­si ilə Al­la­ha bil­di­rən, əv­vəl­cə onu ra­zı sal­maq istəyir. Ona hə­diy­yə­lər, qur­ban­lar təq­dim edir, mə­nə­vi hü­zu­run­da tə­zim edir. Bu­nun ona qulluq, yəni iba­dət ol­du­ğu “Əh­qaf” su­rə­si­nin 6-cı ayə­sin­də be­lə ifa­də edil­miş­dir:

وَاِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ اَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

“O in­san­lar bir yerə top­la­na­caq­la­rı gün bun­lar on­la­ra düş­mən ola­caq və on­la­rın qulluğunu (iba­də­tləri­ni) qəbul etməyəcəklər” (“Əh­qaf” su­rə­si, 46/6).

Bu ayə də bu işin şirk ol­du­ğu­nu hökm­ə bağlayır. Al­lah Təa­la be­lə bu­yu­rur:

قُلْ اِنَّمَا اَدْعُوا رَبِّى وَلَا اُشْرِكُ بِهِ اَحَدًا

“De: “Mə­n ancaq Rəbbimə dua edirəm, ona heç kimi şərik qoşmaram!” (“Cinn” su­rə­si, 72/20).

Nə­ti­cə eti­ba­ri­lə, dua­ya iba­dət mə­na­sı ver­mək bə­zi ayə­lə­ri Qu­ran­dan çı­xar­ıb atmaq ki­mi­dir. Mə­sə­lən, bu dav­ra­nış yu­xa­rı­da­kı üç ayə­ni bü­tə iba­dət edən­lər­ə məxsus hala gə­tir­miş­dir. Al­lah Təa­la iba­dət və dua söz­lə­ri­ni fərq­li mə­na­lar­da iş­lət­di­yi­nə gö­rə Qu­ra­nın təf­sirini və tər­cü­məsini edən­lər bu fər­qə diq­qət ye­tir­mə­li­dir­lər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Elmalılı Muhammed Hamdi YAZIR, Hak Dini Kuran Dili, c. I, s. 662, (“Bə­qə­rə” su­rə­si 186-cı ayə­nin təf­si­ri) İs­tan­bul 1935. []
  2. İbn Mən­zur, «Li­sa­nul-arab». İ­taət “tav” kö­kün­dən­dir. “Tav” bo­yun əy­mək de­mək­dir. Bu­nun ək­si səhv nif­rət et­mək, xoş­la­ma­maq­dır. Ayə­də be­lə bu­yu­ru­lur: “Son­ra Al­lah du­man ha­lın­da olan gö­yə üz tut­du ona və ye­rə be­lə buyur­du: “İs­tər-is­tə­məz buyruğuma gə­lin!” İkisi də: “İs­tə­yə­rək gəl­dik!” – de­dilər” (“Fus­si­lət” surə­si, 41/11). “İtaət” sö­zü də ey­ni kök­dən olub “bo­yun əy­mək” mə­na­sı­nı ve­rir və da­ha çox “Əm­rə ta­be ol­maq və izi ilə get­mək” mə­na­sın­da iş­lə­di­lir. (Rağıb el­İsfahânî, el­ Müfredât, طوع mad­də­si). []
  3. Tir­mi­zi «Dua»,1, hə­dis N: 3372. []
  4. Tir­mi­zi «Dua»,1, hə­dis N: 3371. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.664 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 1.999 dəfə oxundu
2 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 5.450 dəfə oxundu
3 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 1.664 dəfə oxundu
4 İstixarə nə deməkdir? 28.03.10 3.981 dəfə oxundu
5 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 2.168 dəfə oxundu
6 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 3.519 dəfə oxundu
7 Bir insan digər birinə savab bağışlaya bilərmi və bunun sübutu varmı? 03.02.16 742 dəfə oxundu
8 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 1.727 dəfə oxundu
9 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 2.732 dəfə oxundu
10 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 2.858 dəfə oxundu
11 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 5.961 dəfə oxundu
12 Hicab duası var? 30.01.12 2.955 dəfə oxundu
13 Bəzi ayələrdəki “Allahın zikri” ifadəsi ilə nə nəzərdə tutulur? 01.05.14 1.087 dəfə oxundu
14 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 20.911 dəfə oxundu
15 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 1.467 dəfə oxundu
16 Evlənmək ya da arzularıma nail olmaq üçün nə etməliyəm? 17.03.14 6.870 dəfə oxundu
17 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 4.612 dəfə oxundu
18 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 1.957 dəfə oxundu
19 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 3.592 dəfə oxundu
20 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 2.637 dəfə oxundu
21 Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? 01.05.11 10.825 dəfə oxundu
22 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 2.532 dəfə oxundu
23 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 1.928 dəfə oxundu
24 Azan duasını məsciddə camaatla birlikdə etmək doğrudur? 13.12.12 1.645 dəfə oxundu
25 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 2.751 dəfə oxundu
26 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 1.474 dəfə oxundu
27 Kagıza yazılan duanı atmaq olarmı? 25.01.16 1.115 dəfə oxundu
28 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 2.003 dəfə oxundu
29 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 9.440 dəfə oxundu
30 Quran 29/45-dəki “ən böyük zikr”lə nə nəzərdə tutulur? 15.01.14 1.722 dəfə oxundu
31 “Üzünün suyu xatirinə” – deyə, dua etmək olar? 06.10.14 1.319 dəfə oxundu
32 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 1.385 dəfə oxundu
33 Sələfilərin iddia etdiyi kimi camaat halında təsbih çəkmək bidətdir? 30.09.15 744 dəfə oxundu
34 Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu? 26.12.15 630 dəfə oxundu
35 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.495 dəfə oxundu
36 Səmimi olaraq edilən hər dua qəbul edilirmi? 10.03.15 1.513 dəfə oxundu
37 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 8.271 dəfə oxundu
38 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.176 dəfə oxundu
39 Bəddua etmək nə dərəcədə doğrudur? 31.07.15 1.083 dəfə oxundu
40 İmtahanda müvəffəq olmaq üçün hansı duanı oxumaq lazımdır? 26.11.14 17.031 dəfə oxundu
41 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.675 dəfə oxundu
42 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 765 dəfə oxundu
43 Zikrin fəzilət və faydaları 26.11.10 4.027 dəfə oxundu
44 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 3.776 dəfə oxundu
45 Ölmüş əqrabalarımız dua etməklə əfv edilə bilər? 29.07.16 509 dəfə oxundu
46 “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” demək nə dərəcədə doğrudur? 02.03.16 1.711 dəfə oxundu
47 Cövşən nədir? 21.01.11 4.201 dəfə oxundu
48 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 4.008 dəfə oxundu