Müselmanlar
“Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir?

“Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir?

Sual: Mən bir kitabda belə bir söz oxumuşam: “Allah deyir ki, mən yerə və göyə sığmaram. Ancaq mömin bəndəmin qəlbinə sığaram”. Kitabda deyilirdi ki, bu söz hədisdir. Bu, ilk baxışda insana yaxşı təsir bağışlayır. Hətta insanı sevindirir. Bilmək istəyirəm, bu söz həqiqətən də, peyğəmbərin sözüdür?

Cavab: Hədis kimi bilinən bu sözün əsası yoxdur. Bu söz Əbu Hamid Qəzalinin ihyau ulumi-d-din adlı əsərində də qeyd olunub. Həmin əsərin İhya hədislərini çıxarıb qeyd edən Hafiz əl-İraqi deyib ki, mən bu sözün bir əslini görə bilmədim.

İbn Teymiyyə də bunun İsrailiyyatdan irəli gəldiyini və peyğəmbərdən (s. a. v.) gəldiyi bilinən bir sənədinin olmadığını bildirib. (Mənbə: Səxavi, əl-məqasidu-l-həsənə, s. 438, hədis nömrəsi 990; Əliyyu-l-Qari, əl-əsraru-l-mərfua, s. 301, hədis nömrəsi 423; Əcluni, kəşfu-l-xəfa, 2-ci cild, s. 195, hədis nömrəsi 2256)

Yuxarıdakı məlumatlardan məlum olur ki, hədis kimi bilinən bu sözün heç bir hədis dəyəri yoxdur. Deməli, haradasa bir yerdə: “Bir hədisdə deyildiyinə əsasən…” , – deyib bu sözü hədis kimi təqdim etmək düzgün deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin