Müselmanlar
Quranı musiqi kimi gözəl oxumağın bir eybi var?

Quranı musiqi kimi gözəl oxumağın bir eybi var?

Sual: Məlumdur ki, bəzi mərasimlərdə Quranı gözəl səslə oxuyurlar. Bu, Quranın musiqiləşdirilmiş forması olmurmu? Məncə müsəlmanlar belə etməklə xristianların kilsədə xor halında oxuduqları dua kimi bir şey oxumuş olurlar. Aradakı fərq xor halında oxumaqla tək oxumaqdır. Quranı bu cür oxumağı qadağan edən bir Quran ayəsi var?

Cavab: Əsas odur ki, Qurani-Kərim tək-tək, qaydalarına əsasən, başa düşülərək və dərk olunaraq oxunsun. Allahın bizə əmr etdiyi budur. Əlbəttə ki, Quranı gözəl oxumaq çox yaxşı bir haldır.

Ancaq təəssüf ki, bu işi tamamilə musiqiyə çevirən, yəni, bütün məsələni səsdən (avaz) ibarət hesab edənlər də var. Bu, düzgün bir yanaşma deyil.

Kəşşaf təfsirində bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

“Ayələri tədəbbür etmək onları düşünmək, birinci mənasının aparıb çıxartdığı düzgün əlaqələri və gözəl mənaları görmək deməkdir. Çünki oxunan ayənin ilk mənası ilə kifayətlənən insan çox vaxt ondan xeyir görmür. Bu insan təzəcə balalamış bol südü olan dəvəsi olduğu halda, onu sağmayan insana oxşayır. Ya da çoxlu bala verə bilən bir dişi dayı olan, amma ondan xeyir götürməyən kəs kimidir. Tabein alimlərindən Həsən Bəsrinin belə dediyi nəql edilib:

“Bu Quranı əlaqələrini bilməyən uşaqlar və qullar da oxuyurlar. Hərflərini əzbər bilirlər, ancaq onu əhatə edən şeyin fərqinə varmırlar. Belə bir şəxs durub deyir ki, vallah, mən heç bircə hərfini də ötürmədən Quranı oxudum”. Amma vallah, o, Quranın hamısını buraxıb. Çünki onun əxlaqında da, hərəkətində də Quranın təsirini görmək mümkün deyil. Vallah! Onu əhatə edən şeyi bilmədən əzbərləmək nə deməkdir?!? Vallah, onlar düzgün qərar verən insanlar olmadıqları kimi, hafiz də deyillər! Allah belə insanların sayını artırmasın! Allahım! Bizi tədəbbür edən alimlərdən et. Özünü bir şey hesab edən oxuculardan da qoru”. ((Əbu-l-Qasım Carullah Mahmud ibn Ömər əz-Zəməxşəri, Əl-Kəşşaf, təhqiq edən Adil Əhməd Abdulmövcud, Əli Muhəmməd Muavvid, Məktəbətu-l-Ubeyqan, Riyad, 1998, 5-ci cild, s. 263.))

Bu kimi rəvayətlər müxtəlif mənbələrdə qeyd olunub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin