Cavab: Ananızın hər dəfə onların yanına getməyi vacib və məcburi deyil. Ancaq yaşlı insanların imkan daxilində xətrinə dəyməmək lazımdır. Onlar kövrək olurlar. Siz və digər bacı-qardaşlarınız bu məsələdə ananıza kömək etməlisiniz. Əgər xala və dayılarınız varsa, onlar da ananıza dəstək olmalıdırlar. Beləcə, növbə ilə ata-analarının qayğıları ilə maraqlana bilərlər.
Əgər iş-gücün çoxluğu ucbatından buna imkanları yoxdursa, oturub öz aralarında danışmalı və razılığa gəlməlidirlər. Bu halda yaxşı olar ki, onlar üçün bir xidmətçi tutsunlar.
Siz çalışın ki, yaşlı insanları tək qoymayın. Bütün yükü də ananınızın üstünə atmayın. Bütün məsələlərdə olduğu kimi, bunda da ən münasib yolu tutmağa çalışın.
Qısa desək, bu vacib məsələni hamılıqla oturub öz aranızda həll edin.
Oxşar bir sual-cavabla burada tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/3301.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.