Müsəlmanlar
Qiraət və tilavətin bir-birindən nə fərqi var?

Qiraət və tilavətin bir-birindən nə fərqi var?

Sual: Qiraət və tilavətin fərqi var? Varsa, nədən ibarətdir?

Cavab: Ərəb dilində qaraə felinin toplamaq, bir araya cəm etmək kimi mənaları da var. Qiraət mənanı zehində bir yerə yığmaq deməkdir.

Tilavət tabe olmaq, izləmək, yolundan getmək deməkdir.

Yəni, əvvəlcə mənanı zehində toplayırsınız, sonra da tilavət edirsiniz. Başqa sözlə, ona tabe olursunuz. Təbii ki, tilavətdə də oxumaq mənası var.

Oxumaq başa düşmək üçündür. Tabe olub izləmək məqsədilə oxuduğunuz vaxt həm qiraət, həm də tilavət edirsiniz.

Aşağıdakı yazıda da bu iki məsələ barədə məlumat var:

http://www.muselmanlar.com/fitvalar/495.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.