Araya vasitəçi qoyub dua etmək düzgündür?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 29 iyun 2009 Tövsiyə et Çap et
Sual: Biz Allahdan bəzi böyük şəxslərin hörməti xatirinə duamızı qəbul etməsini istəyə bilərik? Məsələn, «Ya Rəbbi, həzrəti Mühəmmədin hörməti xatirinə və ya böyük övliyalar, şəhidlər və saleh bəndələrin hörməti naminə bizim dualarımızı qəbul et», - deyib dua etmək olar?

Cavab: Süleyman Çələbinin Mövlud əsəri kimi kitablarda bu cür dualar var. Lakin belə dua etmək olmaz. Bu məsələ ilə əlaqədar olaraq Hənəfi alimlərindən biri olan İbn Əbil-İzz belə deyir:

“İnsanın Allahdan başqasını öz duasının qəbul edilməsinə vasitəçi tutmağı və onunla təvəssül etməyi caiz deyil. O, əslində belə demək istəyir: “Filankəs sənin saleh bəndələrindən olduğuna görə mənim duamı qəbul et”. Bəs onun Allahın saleh bəndəsi olmağı ilə bu birisinin (dua edənin) duası arasında nə əlaqə ola bilər? Bu, duada həddi aşmaq deməkdir. Allah Təala buyurur:
“Rəbbinizə gizlicə və yalvarıb yaxararaq dua edin; O, həddini aşanları həqiqətən də, sevməz” (Əraf, 7/55)”.
Yuxarıda haqqında danışılan və bu qəbildən olan dualar sonradan uydurulub qondarılmış dualardır. Nə peyğəmbərdən (s. a. v.), nə əshabədən, nə tabiindən, nə də imamlardan bu cür dua nəql edilib. Başqa sözlə, onların heç birinin belə duası olmayıb! Allah onların hamısından razı olsun! Bu cür şeylər ancaq cahillərin və bəzi təriqətçilərin yazdığı tilsimlərdə olur.1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əli ibn Məhəmməd ibn Əbil-İzz əd-Dəməşqi (vəfat tarixi hicri 792, miladi 1390-cı il), Şərhul-əqiətit-təhaviyyə, Beyrut, 1408/1988, I cild, s. 295-297 []
Facebook'ta PaylaşTwitter'da Paylaş
482 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 482 dəfə oxundu
2 İstixarə nə deməkdir? 28.03.10 756 dəfə oxundu
3 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 327 dəfə oxundu
4 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 710 dəfə oxundu
5 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 325 dəfə oxundu
6 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 481 dəfə oxundu
7 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 328 dəfə oxundu
8 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 522 dəfə oxundu
9 Zikrin fəzilət və faydaları 26.11.10 715 dəfə oxundu
10 Cövşən nədir? 21.01.11 489 dəfə oxundu
11 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 635 dəfə oxundu
12 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 300 dəfə oxundu
13 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 309 dəfə oxundu
14 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 657 dəfə oxundu
15 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 1.051 dəfə oxundu
16 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 383 dəfə oxundu
17 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 312 dəfə oxundu
18 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 276 dəfə oxundu
19 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 233 dəfə oxundu
20 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 362 dəfə oxundu
21 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 189 dəfə oxundu
22 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 197 dəfə oxundu
23 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
24 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 366 dəfə oxundu
25 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 428 dəfə oxundu
26 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 807 dəfə oxundu
27 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 170 dəfə oxundu
28 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 210 dəfə oxundu
29 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 464 dəfə oxundu
30 Hicab duası var? 30.01.12 109 dəfə oxundu