Müsəlmanlar
Qəndilləri bidəti-həsənə kimi qəbul etmək lazım deyilmi?

Qəndilləri bidəti-həsənə kimi qəbul etmək lazım deyilmi?

Sual: Məlumdur ki, qəndil məsələsi peyğəmbərdən çox-çox sonra meydana gəlib. Buna baxmayaraq biz qəndilləri bidəti-həsənə - gözəl bidət kimi qəbul edə bilərik? Məsələn, peyğəmbərin dünyaya gəlməyinə sevinmək, həmin gecəni vacib gecələrdən biri kimi qəbul etmək nə üçün səhv olmalıdır ki? Bu sualıma cavab verməyinizi xahiş edirəm.

Cavab: Təbii ki, peyğəmbərimizin dünyaya gəlməyinə sevinmək olar. Bunun bir eybi yoxdur. Ancaq bunu İslam dininin bir əmri kimi qəbul etmək və bu gecəyə məxsus olan ibadətlər uydurmaq məsələlərində problem var.

Məlumat üçün deyək ki, mövlud qəndilləri hicrətdən təqribən 350 il keçdikdən sonra Qüds şəhərində qeyd olunmağa başlayıb. Bu, Şiə Fatimilərin təsiri ilə yaranıb. Onlar özlərinin böyük hesab etdikləri şəxsiyyətlərin doğum gününü qeyd etmək üçün bir istinad nöqtəsi, necə deyərlər, bir əsasa söykənmək ehtiyacı hiss ediblər. Beləliklə, əvvəlcə peyğəmbərin mövludunu qeyd etməyin lazım olduğunu, sonra da öz ad günlərini keçirməyin bir eybi olmadığını irəli sürüblər.

Bu kimi şeylər bidətdir. Yəni, dinə sonradan əlavə olunan (əlavə edilmək istənən) şeylərdir. Muhəmməd peyğəmbər (s. a. v.) bu cür şeyləri pisləmişdir:

Ən pis işlər sonradan ihdas edilən –  ortaya atılan işlərdir. ((Müslim, Cümə, 43.))

Sonradan ortaya atılan hər şey bidətdir. ((Nəsai, İdeyn, 22; İbn Macə, Müqəddimə, 7.))

Hər bidət zəlalətdir. Hər zəlalət isə atəşdədir (Cəhənnəm odundadır). ((Müslim, Cümə, 43; Əbu Davud, Sünnət, 6.))

Nəticə olaraq qəndilləri bidəti-həsənə kimi qəbul etmək düzgün deyil.

Suala teoloq-ekspert Yahya Şenol cavab verdi.

Qəndil və qəndil gecələri ilə əlaqədar geniş məlumat almaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/422.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.