Murdar olan heyvanın hansısa bir yerini yemək olar?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 04 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Tutalım ki, bir heyvan murdar olub. Onun yeyilə bilən hansısa bir yeri var? Bəs dərisi və yunu necə? Onları işlətmək olar?

Cavab: Kəsilmədən ölən heyvanın (meytə) heç bir yerini yemək olmaz. Çünki bu: “Meytə sizə haram olunub”, – cümləsi ilə 4 Quran ayəsində qəti surətdə qadağan edilib.1

Ancaq meytənin dərisini dabaqlayıb işlətmək olar.

Həzrəti Meymunənin2 azad etdiyi cariyələrindən birinə sədəqə olaraq bir qoyun verilmişdi. Həmin qoyun bir gün öldü. Peyğəmbər əleyhissəlam onu görüb:

“Bunun dərisini soyub götürsəydiniz, tabaqlayıb istifadə edərdiniz”, – deyə buyurdu. Ona qoyunun ölü olduğunu dedilər. O isə: “Onun ancaq yeyilməsi haramdır”, – dedi.3

Yuxarıdakı hədisin müxtəlif variantları mövcuddur. Hamısında deyilir ki, əshabələr həmin heyvanın dərisini dabaqlayıb işlədiblər.

Həzrəti Muhəmmədin (s. a. v.) xanımlarından biri olan Sevdə belə bir hədis nəql etmişdir:

Bizim bir qoyunumuz öldü, onun dərisini aşıladıq və köhnələnə qədər içərisində nəbiz4 hazırladıq.5

Fiqh məzhəbləri meytənin haramlığını bildirən ayədən və meytənin dərisindən istifadə etməyi məsləhət bilən hədisləri əsas tutaraq bu məsələyə dair müxtəlif fikirlər səsləndiriblər.

Şafei məzhəbində geniş yayılmış fikrə əsasən bir heyvan öldüyü vaxtdan etibarən onun yunu, tükü və sümüyü murdar olur. Deməli, bunlardan istifadə etmək olmaz.

Maliki və Hənbəli məzhəblərinə əsasən meytənin ətindən istifadə etmək caiz deyil. Yəni, buna icazə yoxdur. Sümüyündən istifadə etmək də olmaz. Amma yun və tükü təmizdir, işlətmək olar.

Hənəfi məzhəbi isə bu barədə belə deyir:

“Meytənin sümük, tük və yunundan istifadə etmək olar”.

Quran ayələri və peyğəmbər hədislərinə müvafiq olduğuna görə bizim fikrimizcə də düzgün olan fikir budur.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Ətraflı məlumat üçün baxın: Bəqərə, 2/173; Maidə, 5/3; Ənam, 6/145; Nəhl, 16/115. []
  2. Meymunə bint əl-Haris ibn əl-Hilaliyyə. Peyğəmbərimiz Həzrəti Muhəmmədin (s. a. v.) evləndiyi sonuncu həyat yoldaşı. Hicri təqvimlə 51-ci, miladi təqvimlə 671-ci ildə vəfat etmişdir. Evlənməmişdən əvvəl adı Bərrə idi. Peyğəmbər əleyhissəlam onun adını Meymunə qoymuşdur. Meymunə sözü səxavətli, namuslu və itaətkar mənaları verir. []
  3. Buxari, Zəkat, 61; Müslim, Heyz, 100-101, Zəbaih, 30; Əbu Davud, Libas, 38-39; Nəsai, Fər, 4-5; Muvatta, Sayd, 16; Əhməd ibn Hənbəl, 1/262, 265, 314. []
  4. Nəbiz xurma və ya kişmişin suya atılıb suyun dada gətirilməsi ilə hazırlanan bir şərbət növüdür. []
  5. Buxari, Əyman, 21; Nəsai, Fər, 4; Əhməd ibn Hənbəl, 6/429. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.806 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 2.118 dəfə oxundu
2 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 3.116 dəfə oxundu
3 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.793 dəfə oxundu
4 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 2.970 dəfə oxundu
5 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 5.123 dəfə oxundu
6 Krevet yemək olar? 05.01.14 2.271 dəfə oxundu
7 Marqarin və donuz piyi 05.07.09 4.299 dəfə oxundu
8 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 4.405 dəfə oxundu
9 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 1.806 dəfə oxundu
10 Meşədə yetişən çiyələk, böyürtkən və şabalıdı yemək olar? 03.02.14 1.567 dəfə oxundu
11 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 9.871 dəfə oxundu
12 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 2.201 dəfə oxundu
13 İkra yemək olar? 18.07.11 3.722 dəfə oxundu
14 Qeyri-müsəlmanların kəsdiyi heyvanların ətini yemək olar? 20.04.15 1.497 dəfə oxundu
15 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 2.698 dəfə oxundu
16 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 13.142 dəfə oxundu
17 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 2.136 dəfə oxundu
18 Donuz piyindən hazırlanmış sabundan istifadə etmək olarmı? 16.09.16 758 dəfə oxundu
19 Sulu qəlyan çəkmək olar? 05.07.09 4.801 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 3.647 dəfə oxundu
21 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 2.028 dəfə oxundu
22 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 2.286 dəfə oxundu
23 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 2.021 dəfə oxundu
24 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 1.734 dəfə oxundu
25 Çəyirtkə yemək olar? 05.07.09 3.062 dəfə oxundu
26 Vegetarianlığa münasibət 29.06.10 4.223 dəfə oxundu
27 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 1.694 dəfə oxundu
28 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 3.975 dəfə oxundu
29 Kımız içmək olar? 29.06.10 2.087 dəfə oxundu
30 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 1.637 dəfə oxundu
31 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 2.710 dəfə oxundu
32 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 2.289 dəfə oxundu
33 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 2.114 dəfə oxundu
34 Xaşxaş haramdır? 29.06.10 5.300 dəfə oxundu
35 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 2.208 dəfə oxundu
36 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 1.903 dəfə oxundu
37 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 2.485 dəfə oxundu
38 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 2.142 dəfə oxundu
39 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.340 dəfə oxundu
40 Spirtsiz pivəni içmək olar? 11.11.11 3.589 dəfə oxundu
41 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 2.470 dəfə oxundu
42 Quran nazil olduğu vaxt Məkkədə donuz əti yeyilirdi? 11.02.12 1.865 dəfə oxundu
43 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 7.277 dəfə oxundu
44 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 1.630 dəfə oxundu
45 Kefir içmək dini cəhətdən düzgündür? 10.09.12 1.982 dəfə oxundu
46 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.054 dəfə oxundu
47 Qadağa dövründə ov etmək olar? 15.04.11 3.609 dəfə oxundu
48 Əti halal heyvanların iç piyini yemək də halaldır? 08.03.13 2.001 dəfə oxundu
49 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 3.060 dəfə oxundu
50 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 2.164 dəfə oxundu
51 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.560 dəfə oxundu