Müsəlmanlar

Oxuyub suya üfürmək, bundan şəfa ummaq olar?

Sual: Bəzi mollalar nəsə oxuyub suya üfürürlər. Yanlarına gedən və xəstə olduqlarını deyən insanların başlarına toxunurlar. Bununla da deyirlər ki, sağalıb şəfa tapacaqsınız. Təəssüf ki, qara camaat belə adamlara inanır. Onlar da bu işdən pul qazanırlar. Camaatı necə başa salmaq olar ki, bu işdən əl çəksin?

Cavab: Hər şeydən əvvəl onu deyim ki, suya üfürmək olmaz. Belə etdikdə ağızdakı natəmizlik və zəhərli maddələr hava ilə o suya dəyir.

İnsanlar bir-birləri üçün Allaha dua edə bilərlər. Biz müsəlmanlar da bunu edirik. Bunda bir problem yoxdur.

Amma sizin sualınız tamamilə başqa bir məsələ ilə əlaqədardır. Bütün bunlar İslama əsasən batil (səhv, əsassız) şeylərdir və insanları aldatmaq üçün cahil mollalar tərəfindən uydurulub.

Biz qara camaata onları ancaq bu məsələdən agah etməklə, hər şeyi düzgün başa salmaqla kömək edə bilərik. Daha doğrusu, onları məlumatlandırmaq lazımdır. Əgər bir insan aldadılmağa və pulunu bu cür fırıldaqçılara verməyə razıdırsa, artıq heç nə etmək olmaz. Amma yenə də cəhd edib vəziyyəti başa salmaq lazımdır. Bir qərara gəlmək isə insanların öz işləridir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3403.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.