Müsəlmanlar
“Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır?

“Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır?

Sual: Ənam surəsinin 163-cü ayəsində Muhəmməd peyğəmbərə əmr olunur ki, belə desin: “Mən müsəlmanların birincisiyəm”. Ancaq Həcc surəsinin 78-ci ayəsində həm bizə, həm də bizdən əvvəlkilərə müsəlman deyilir. Əlavə olaraq, Ali-İmran surəsinin 52-ci ayəsinə əsasən həvarilər İsa peyğəmbərə belə deyiblər: “Şahid ol ki, biz müsəlmanıq”. Bütün bunları nəzərə aldıqda ilk müsəlman Allaha ilk dəfə iman gətirən Adəm peyğəmbər olmalı deyilmi?

Cavab: Bəli, bu, tərcümədən irəli gələn bir problemdir. “Mən müsəlmanların birincisiyəm”, – cümləsi: “Mən bir nömrəli (birinci yerdə duran, ən qabaqda olan, qabaqcıl, aparıcı) müsəlmanam”, – deməkdir. Yəni: “İlk dəfə müsəlman olan mənəm. Məndən qabaq heç kəs müsəlman olmaylıb”,- demək deyil.

Biz bunu elmi yığıncaq və dərslərimizdə həmişə təkrar edirik. Hər bir müsəlman necə deyərlər, birinci yerdə durmaq üçün çalışmalıdır.

Sualınızla əlaqədar olan başqa bir sual-cavabı buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1183.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.