Müsəlmanlar
Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur?

Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur?

Sual: Quran tərcümələrindən birində Tin surəsinin 4 və 5-ci ayələrindəki: “Biz insanı ən yaxşı formada (əhsəni-təqvim) yaratdıq. Sonra onu əsfali-safilin halına saldıq”, - cümlələri tərcümə edilərkən: “Onu əsfali-safilin halına saldıq”, - deməyin əvəzinə: “Sonra onu dünyaya göndərdik”, - mənası verilib. Məgər həmin ayədəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur? Belə bir tərcümə vermək nə dərəcədə düzdür?

Cavab: Təbii ki, ayələri kontekstdən uzaq tərzdə və öz bildiyi kimi izah edənlər var. Nəticə göz qabağındadır. Biz son vaxtlarda belə hallara tez-tez təsadüf edirik. Belə adamlara ancaq cahil-cühəla demək olar. Çünki Ərəb dilini mükəmməl bilmədən Qurandan hökm çıxartmaq mümkün deyil. Əlavə olaraq, alim bir dəstə – bilənlərdən ibarət bir qrup da olmalıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi insanlar Qurana öz keflərinə görə məna verirlər. Onlara necə sərf edirsə, o cür tərcümə edirlər. Sualınızda soruşduğunuz məsələ də belədir. Həmin ifadə ilə dünya nəzərdə tutulmur. Belə bir şey mümkün deyil. Çünki Allah Quranın bir çox ayəsində belə deyir:

Sizi bu torpaqlardan yaratdıq. Sizi o torpaqlara qaytaracağıq. Sizi oradan təzədən çıxardacağıq.

Elə isə nəticə budur: İnsan başqa bir planetdə yaradılmayıb ki, sonradan bu dünyaya göndərilsin. Odur ki, həmin ifadəyə o cür məna vermək səhvdir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.