Cinvurma və dua
Müsəlmanlar > Cinlər > Fitvalar Tarix: 29 Haziran 2009 Tövsiyə et Çap et
Sual: Cin toxunmasından xilas olmaq üçün hansı duanı oxumaq lazımdır?

Cin toxunması elektrik cərəyanının insanı vurmağı kimi bir şeydir. Məlumdur ki, cinlər insanlara müxtəlif yollarla təsir edirlər. Cinlər də insanlar kimi ağıllı və şüurlu varlıqlardır. Bəzi cinlərin işi-gücü pislik etməkdir. Bu cür cinlərə şeytan deyilir. Biz onları görə bilmədiyimiz halda, onlar bizi görə bilirlər. Bəzən başqa cildə girib gözə də görünürlər.

Cinlərin zərərindən qorunmaq üçün ciddi, qərarlı və səmimi inanca malik olmaq kifayətdir. Namazlardan sonra, gecə yatarkən və səhər yuxudan oyandığınız vaxt Fələq və Nas surələrini mənalarını da bilmək şərtilə oxusanız, cinlərin şərindən uzaq olarsınız. Bir məsələyə xüsusi diqqət yetirməlisiniz: Sizi Allahdan başqa heç bir şey və heç kəs qoruya bilməz; bu, həqiqətdir. Ancaq və ancaq Allaha sığının. Allaha sığındıqdan sonra O, sizi hər şeydən qoruyacaqdır; buna arxayın olun.

Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bütün narahatlıqların səbəbi cinlərdir? 29.06.09 156 dəfə oxundu
2 Cinvurma deyilən bir şey var? 29.06.09 224 dəfə oxundu
3 Cinvurma və dua 29.06.09 321 dəfə oxundu
4 Cinlər və pis yuxu görmək 29.06.09 241 dəfə oxundu
5 Elm və dinin cinlərə münasibəti necədir? 29.06.09 155 dəfə oxundu
6 Vampir və xortdan var? 29.06.09 151 dəfə oxundu
7 Muhəmməd peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir? 01.03.10 92 dəfə oxundu