Müsəlmanlar
Şeytan Adəmlə Həvvanı aldatmaq üçün Cənnətə necə daxil oldu?

Şeytan Adəmlə Həvvanı aldatmaq üçün Cənnətə necə daxil oldu?

Sual: Əgər şeytan Cənnətdən qovuldusa, Adəm və Həvvanı qadağan olunan meyvədən yeməyə nə cür razı saldı?

Cavab: Şeytan möminlərin o biri dünyadakı diyarları olan Cənnətdən deyil, Allahın dərgahından və özünün o vaxtadək olduğu uca mövqedən qovuldu.

Adəm və arvadı Həvva isə bu dünyada yaradıldılar və yenə dünyada olan bir cənnətə – bağa yerləşdirildilər. Şeytanın onları aldatmağı da burada baş verdi. Başqa sözlə desək, Adəmin yaşadığı cənnət də axirətdəki cənnət deyil, bu dünyada olan bir bağdır. Adəm və Həvva qadağan edilmiş ağacın meyvəsindən yedikdən sonra hamısı birdən buradakı cənnətdən qovuldular.

Bu kimi məsələlərlə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/303.html

http://www.muselmanlar.com/fitvalar/481.html

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.