Müsəlmanlar

Bir kişi arvadını öpsə, dəstəmazı sınar?

Sual: Bir hədisdə deyilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) xanımı Aişəni öpdükdən sonra dəstəmaz almadan namaza gedib. Məgər bu Quranın Maidə surəsinin 6-cı ayəsinə zidd deyilmi?

Cavab: Xeyr, zidd deyil. Həmin ayədə dəstəmazı pozan amil kimi təkcə ayaqyolunda baş verən işlər göstərilir:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”

Ayaqyolunda nə baş verdiyini isə hamı bilir.

Burada bir neçə məsələyə toxunmaq faydalı olacaq.

Hənəfilər qanın dəstəmazı pozduğunu deyirlər. Halbuki, heç bir mötəbər dəlilləri yoxdur.

Şafeilər deyirlər ki, kişinin əli qadına, ya da qadının əli kişiyə toxunsa, dəstəmaz pozular. Onlar bu nəticəyə səhv bir şərh nəticəsində gəliblər.

Məzi ucbatından dəstəmazın pozulduğunu bildirən rəvayətlər də var.

Amma qadınlardan gələn mayeyə görə dəstəmaz pozulmur. Bununla əlaqədar heç bir rəvayət yoxdur.

Dəstəmazı pozan halların nələr olduğunu bilmək üçün aşağıdakı linkə tuşlayın
https://www.muselmanlar.com/fitvalar/7674.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.