- Müselmanlar - http://www.muselmanlar.com -

Amin nə deməkdir? Mənşəyi nədir?

Cavab: “Amin” demək sünnətdir. Bu o deməkdir ki, Muhəmməd peyğəmbər (s. a. v.) özü də belə edib və müsəlmanlara bunu məsləhət görüb. Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrə nəql edir: Rəsulullah (s. a. v.) belə dedi:

“Pişnamaz: “Amin”, – deyən kimi siz də: “Amin”, – deyin. Çünki kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.

İbn Şihab nəql edir ki peyğəmbər əleyhissalam: “amin” deyirdi.1 [1]

Buxarinin külliyatında belə bir hədis də var:

“Qari (oxuyan): “amin”, – dedikdə siz də deyin. Çünki mələklər də: “amin”, – deyirlər. Kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.2 [2]

Bu sözün İsrailiyyatdan irəli gəldiyini mənbələrə baxıb qəbul edən müsəlmanlar görəsən, nə üçün eyni mənbələrdə qeyd olunmuş yuxarıdakı məlumatlara etibar etmirlər?!? Sözün mənşəyinin nə əhəmiyyəti var? Peyğəmbərimizin bu sözü işlətməyi bir müsəlman üçün kifayət deyilmi?

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3424.html [3]

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar [4] © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Əzan, 112; Müslim, Səlat, 72 (410); Muvatta, Səlat, 44 (1, 87); Əbu Davud, Səlat, 172; Tirmizi, Səlat, 185; Nəsai, İftitah, 34-35; İbn Macə, İqamət, 14. [ [5]]
  2. Buxari, Dəavat, 63. [ [6]]