Müsəlmanlar

Amin nə deməkdir? Mənşəyi nədir?

Sual: Məlumdur ki, Fatihə surəsini və duaları oxuyandan sonra: “Amin!” deyilir. Bunun mənası nədir? Bəzi mənbələrdə qeyd olunub ki, amin sözü amen sözündən əmələ gəlib. Guya Amen qədim dövrlərdə bir yəhudi tanrısı imiş. Bu kimi fikirlər nə dərəcədə düzdür? Nəyə görə Fatihədən sonra: “Amin!” deyilir?

Cavab: Bu deyilənlərin, bizim işlətdiyimiz “Amin” sözü ilə bir əlaqəsi yoxdur. Amin, “inandım, qəbul et!” mənasında işlədilir. “Amin” demək sünnətdir. Bu o deməkdir ki, Muhəmməd peyğəmbər (s. a. v.) özü də belə edib və müsəlmanlara bunu məsləhət görüb. Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Rəsulullah (s. a. v.) belə dedi:

“Pişnamaz: “Amin”, – deyən kimi siz də: “Amin”, – deyin. Çünki kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.

İbn Şihab nəql edir ki peyğəmbər əleyhissalam: “amin” deyirdi. ((Buxari, Əzan, 112; Müslim, Səlat, 72 (410); Muvatta, Səlat, 44 (1, 87); Əbu Davud, Səlat, 172; Tirmizi, Səlat, 185; Nəsai, İftitah, 34-35; İbn Macə, İqamət, 14. ))

Buxarinin külliyatında belə bir hədis də var:

“Qari (oxuyan): “amin”, – dedikdə siz də deyin. Çünki mələklər də: “amin”, – deyirlər. Kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”. ((Buxari, Dəavat, 63.))

Bu sözün İsrailiyyatdan irəli gəldiyini mənbələrə baxıb qəbul edən müsəlmanlar görəsən, nə üçün eyni mənbələrdə qeyd olunmuş yuxarıdakı məlumatlara etibar etmirlər?!? Sözün mənşəyinin nə əhəmiyyəti var? Peyğəmbərimizin bu sözü işlətməyi bir müsəlman üçün kifayət deyilmi?

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3424.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.