Zina edən kafir olur?
Müsəlmanlar > Fitvalar > Zina Tarix: 02 Mayıs 2011 Tövsiyə et Çap et
Sual: Belə bir hədis var: “Bir mömin kafir olmadıqca zina günahı törətməz. Kafir olmadıqca içki içməz”. Bu hədisə əsasən zina edənlər kafirləşirlər?

Cavab: Burada söhbət kafirlikdən getmir. Amma insana bu hədisin mənasını xatırladan bir Quran ayəsi (Nur surəsi, 3-cü ayə) var:

“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir”.

Ayədən də məlum olduğu kimi, zina edən insan böyük bir günah iş görür. Allah burada müşrikləri ayırıb. Yəni, zina edən müşrik deyil. Ayənin davamına baxaq. Deyilir ki, bu, yəni, zina edənlə evlənmək möminlərə haram olunub. Elə isə zina edənin möminliyində problem var? Bir sözlə, Allah zina edən mömini ayədə kafir hesab etmir amma onun imanına qədər nüfuz edən bir problemlə qarşılaşdığını bildirir.

Peyğəmbər hədisləri bizə bu dərəcədə həssas və dərin məsələləri anlamaqda kömək edir. Belə ki, bir hədisdə bununla əlaqədar olaraq belə deyilir:

“Zina edən şəxs zina etdiyi vaxt mömin olaraq etmir”.

Bu o deməkdir ki, həqiqi mömin zina etməz. Əgər zina etdiyi vaxt kafir olsaydı, yuxarıdakı ayənin mənası qalmazdı. Halbuki, ayədə zina edən möminin imanının çox təhlükəli bir vəziyyətdə olduğu bildirilir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3191.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
6.711 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.907 dəfə oxundu
2 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.682 dəfə oxundu
3 Zina kəbini pozur? 30.11.10 10.542 dəfə oxundu
4 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.945 dəfə oxundu
5 İslamda zorlamağın cəzası 19.01.11 4.577 dəfə oxundu
6 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.280 dəfə oxundu
7 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.381 dəfə oxundu
8 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.622 dəfə oxundu
9 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.801 dəfə oxundu
10 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 843 dəfə oxundu
11 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.543 dəfə oxundu
12 Zorlanan qadına günah yazılır? 26.03.11 5.408 dəfə oxundu
13 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.745 dəfə oxundu
14 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.978 dəfə oxundu
15 Zina edən kafir olur? 02.05.11 6.711 dəfə oxundu
16 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 367 dəfə oxundu
17 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.879 dəfə oxundu
18 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.246 dəfə oxundu
19 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 3.751 dəfə oxundu
20 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 8.299 dəfə oxundu
21 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.233 dəfə oxundu
22 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.695 dəfə oxundu
23 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 6.126 dəfə oxundu
24 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.469 dəfə oxundu
25 Flirt də zinadır? 12.04.10 6.360 dəfə oxundu
26 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.624 dəfə oxundu
27 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 11.357 dəfə oxundu
28 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.422 dəfə oxundu
29 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.949 dəfə oxundu
30 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.911 dəfə oxundu
31 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.283 dəfə oxundu
32 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.820 dəfə oxundu
33 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.202 dəfə oxundu
34 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 6.663 dəfə oxundu