Müsəlmanlar
Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər?

Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər?

Sual: Məlum olduğu kimi, ABŞ-da bir qrup təxribatçı Quranı yandırdı. Müsəlmanlar bu hadisəyə qarşı nə etməlidirlər? Buna nə kimi bir reaksiya vermək lazımdır?

Cavab: Bu sualın cavabı Quranın özündə var. Ali-İmran surəsinin 186-cı ayəsində belə deyilir:

Siz hökmən malınız və canınızla ağır sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verən sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu, əzm istəyən (möhkəm durmağı tələb edən) əməllərdəndir”.

Müsəlmanlar bu sınaqdan keçirilirlər. Yəni, müxtəlif müsibət və bəlalara məruz qalırlar. Bu dünyada yaşamağın şərti budur.

Burada təkcə İslam dini və Muhəmməd peyğəmbərlə (s. a. v.) əlaqədar karikaturaları xatırlamaq kifayətdir.

Quranı yandıranlar istəyirlər ki, müsəlmanlar onlara bir xətər yetirsinlər. Onlar da bunu bəhanə edib müsəlmanlara qarşı daha böyük təxribatlar törətsinlər. Yəni, Quranı yandıranlar müsəlmanların daha böyük fəlakətlərə cəlb etmək istəyirlər. Halbuki, səbr etmək və bu cür təxribat tələlərinə düşməmək lazımdır. Quranı yandıran insan Cəhənnəmə getmək istəyirsə, getsin. Bizim də səbr edib Cənnəti qazanmaq kimi bir haqqımız var. Bir sözlə, səbr etməli və özümüzü qorumalıyıq.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.