Müsəlmanlar

İntihar əcəldir? Qəti hökmü nədir?

Sual: Quranda intihar barədə nə deyilir? İntihar etməyin dəqiq hökmü nədir?

Cavab: Bu elə bir mövzudur ki, bunun üçün ayrı bir dərs keçmək lazımdır. Əlbəttə ki, heç kəsin özünü öldürməyə ixtiyarı yoxdur. Yəni, Allahın verdiyi canı ancaq O ala bilər. Quranda deyilir ki, özünüzü öldürməyin. Deməli, Allah Təala bizə buyurur ki, özümüzü həmişə qoruyaq. Onsuz da başımıza nə gəlirsə, səhlənkarlıqdan və ayağımızı boş buraxmağımızdan gəlir.

Qısa desək, intihar etmək haramdır. Bu barədə peyğəmbərimizdən (s. a. v.) nəql olunan mötəbər hədislər var. Həmin hədisləri və intihar haqqındakı başqa bir sual-cavabı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/400.html

Keçək sualınızın ikinci hissəsinə. İntihar təbii ki, bir əcəldir. Amma necə bir əcəl? Bizim “Quran işığında doğru bildiyimiz yanlışlar” adlı kitabımızın “Əcəl” fəslini oxusanız, bu barədə ətraflı məlumat əldə edərsiniz.

Allah Təala insanlara onları yaratdığı vaxt ana bətnində bir əcəl müəyyənləşdirir. Yəni, bu, insan bədəninin yaşamaq müddəti, bir növ həyata qarşı davamlılıq müddətidir. Həkimlər buna baxırlar: Bu bədən xəstələnməsə və hər hansı bir qəzaya məruz qalmasa, neçə il yaşayar?

Allah Təala, Quranda bu müəyyən etdiyi əcələ “əcəli müsəmma” adını verir:

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلًا وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ

“Sizi palçıkdan (tindən) yaradan Odur. Sonra bir əcəl müəyyən edilmişdir. Başqa bir əcəl-müsəmma da   Onun qatındadır.”(Ənam 6/2)

Əcəli müsəmma, öz növbəsində həmin insanın ən çox yaşayacağı müddətdir. Amma insanlara fərqli müəyyən edilən bu əcəlin müddəti yol verdikləri səhvlərlə  qısala ya da qısaldıla bilir.

Bütün peyğəmbərlər öz ümmətlərinə belə deyiblər:

“Allahdan qorxun və mənə itaət edin! Allah günahlarınızdan keçsin və sizə müəyyən vaxtadək möhlət versin (sizi əcəli-müsəmmanıza qədər yaşatsın)”. (Nuh, 71/3-4)

Buna görə də günah edənlər hər etdikləri günahla öz əcəllərini qısaldır. İntihar da belədir. Bunda da insan öz əcəlini qısaldır. Amma yenə də Allah bunu təsdiq etmədən ölüm həyata keçmir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.