Faizli bankların POS maşınını işlətmək olar?
Müsəlmanlar > Faiz və kredit > Fitvalar > Kredit kartı Tarix: 24 Nisan 2011 Tövsiyə et Çap et
Sual: Faizlə iş görən bir bankın POS maşınından istifadə etmək və həmin bankla iş görmək olar? Xahiş edirəm, bu məsələni dini cəhətdən qiymətləndirin.

Cavab: Banklar müxtəlif yollarla əldə etdikləri əmanət və depozitləri bəzi şəxs və təşkilatlara kredit formasında ayıran, kapital, pul və kreditlə əlaqədar hər növ əməliyyatları həyata keçirən maliyyə vasitəçiləridir. Bankların apardıqları əməliyyatlarda 2 əsas məqsəd var:

1) Bank xidmətləri ilə öz mədaxil (gəlir) və nüfuzunu artırmaq.

2) Faizli əməliyyatlar həyata keçirmək.

A) Bank xidmətləri

Bank xidmətləri transfer, çekdən istifadə, kredit məktubu və kredit kartı xidmətləri, əmanətin qəbulu, endirim və təzədən endirim işləri, zəmanət məktubu vermək, akreditiv açmaq və sairə kimi xidmətlərdir. Həmin xidmətlərin böyük bir hissəsi müəyyən bir haqq müqabilində faizsiz formada həyata keçirilə bilər. Banklar valyuta, qızıl, gümüş və qiymətli kağızların alış və satışını da həyata keçirirlər.

Bir sözlə, bank xidmətlərinin çoxu müəyyən bir komissiya haqqının müqabilində faizsiz formada göstərilir.

B) Faizli əməliyyatlar

Bankın əsl işi pulu olan insanlarla pula ehtiyacı olan insanların arasına girib birindən aldığı əmanəti digərinə faizli kredit kimi verməkdir. Bunun da iki ayağı var. Biri əmanət, digəri isə kreditdir.

İslama əsasən qəti surətdə qadağan olan bankın faizli əməliyyatlarıdır. Onsuz da bankın əsl gəlirləri bu əməliyyatlardan gəlir.

Sualınıza cavab olaraq qeyd edək ki, banklar bank xidmətlərindən biri olan POS maşını1 və ya kredit kartından çox da gəlir götürmürlər; sadəcə olaraq öz xərclərini alırlar.

Yeri gəlmişkən, bu barədə ətraflı məlumat üçün Professor Abdulaziz Bayındır tərəfindən qələmə alınan Ticarət ve Faiz adlı kitabın (Türk dilində, İstanbul, 2007) müvafiq fəsillərinə baxa bilərsiniz.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. POS-terminal (ingiliscə Point of Sale Terminal – ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa və bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Bankla əlaqə telefon şəbəkəsi vasitəsilə yaradılır. Avtorizasiyanın nəticələri ekrandakı məlumatla və çekin bir neçə nüsxəsinin çap olunması ilə (nüsxənin biri müştəriyə verilir) rəsmiləşdirilir. Müstəqil işləyən bankomatdan fərqli olaraq POS-terminal kassir vasitəsilə xidmət göstərir – Mənbə: http://www.unibank.az/?tid=52&vid=3 20.01.2010 []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.690 dəfə oxundu