Cavab: Uşaq ana bətnindən dörd aylıq olmamışdan qabaq düşsə, bu uşağın meyyiti yuyulmur və ona namaz qılınmır. Bir parçaya bükülüb dəfn edilir. Bu məsələdə fikir ayrılığı yoxdur. Amma dörd aydan sonra ana bətnindən xaric olan (düşən) uşaq məsələsinə dair iki ayrı fikir var:
1) Əgər uşaq diri doğulubsa, həm meyyiti yuyulur, həm də meyyit namazı qılınır. Bu barədə fikir ayrılığı yoxdur. Lakin uşaq doğulduğu vaxt onda canlılıq əsər-əlaməti müşahidə edilməyibsə, hənəfi məzhəbindən olanların, eləcə də İmam Malik, Əl-Əvzayi və Həsən Bəsrinin fikirlərinə əsasən bu uşağın meyyiti yuyulmalı, amma meyyit namazı qılınmamalıdır. Bu fikirdə olanlar aşağıdakı hədisə əsaslanırlar:
Əgər uşaq doğulduğu vaxt ağlayıb (yəni, onda canlılıq əlaməti müşahidə edilib) sonra ölsə, onun namazı qılınır və ona varis olunur.1
Məlum olduğu kimi bu hədisdə belə bir uşağın namazının qılınması üçün onun ağlaması/canlılıq əlaməti daşıması məsələsi şərt qoyulub.2
2) Uşağın ölü doğulması ilə diri doğulması arasında fərq yoxdur; hər iki halda da onun namazı qılınmalıdır. Əhməd ibn Hənbəl, Səid ibn Cübeyr, İbn Sirin və İshaq ibn Rahəveyh bu fikirdədirlər. Onlar bu məsələdə ana bətnindəki uşağa dördüncü ayda ruh üfürülməsini əsas götürürlər. Çünki ana bətnindəki uşaq ona ruh üfürüldükdən sonra bütöv bir insan halına gəlir. Onların fikrincə, canlı olaraq doğulduqdan sonra ölən uşaq kimi bu uşağın da meyyit namazı qılınmalıdır. Bu fikirdə olanlar əlavə olaraq yuxarıdakı hədisin müzdərib3 olduğunu və ondan daha qüvvətli olan ruh üfürülməsi hədisi ilə ziddiyyət təşkil etdiyini, beləliklə, bu hədisin dəlil kimi qəbul edilməsinin mümkün olmadığını deyirlər.4
Yuxarıda göstərilən axırıncı fikir Qurani-Kərimə uyğundur. Çünki Qurana əsasən ana bətnində uşağın bədən quruluşu tamamlandığı vaxt ona ruh üfürülür və o uşaq həmin andan etibarən bütöv bir insan olur:
“Hər yaratdığını gözəl yaradan Odur. İnsanı yaratmağa sulanmış torpaqdan (tin) başlayan Odur.
Sonra onun nəslini bir nütfədən – davamsız (zəif) bir sudan yaratmışdır.
Sonra onu düzəldib formaya salmış, ona öz ruhundan üfürmüşdür. Sizin üçün eşitməyi, gözləri, könülləri yaratmışdır. Siz yenə də çox az şükür edirsiniz” (Səcdə, 32/7-9).
Ayələr arasında müqayisə apardıqda məlum olur ki, ruh uşağa 16-cı həftədə üfürülür:
“Biz insana ana-atasına qarşı yaxşılıq tövsiyə etdik. Anası onu güc-bəla ilə daşıdı, süddən kəsilməyi də 2 il içərisində oldu” (Loğman, 31/14).
“Biz insana ana-atasına qarşı yaxşılıq etməyi tövsiyə etdik. Anası onu zəhmətlə daşıyıb zəhmətlə dünyaya gətirdi. Uşağın daşınması və süddən kəsilməyi otuz ay çəkir” (Əhqaf, 46/15).
Süd əmizdirmək müddəti 24 ay, ananın uşağı bir insan olaraq öz bətnində daşıdığı müddətlə birlikdə 30 ay olduğuna görə buradan belə bir nəticə çıxır ki, haqqında danışılan müddət 6 aydır.
Ümumi hamiləlik müddəti 40 həftədən bir az çox, yəni, 282 gün qəbul edilir. 6 ay qəməri ay olduğuna görə yarısı 29 gündən ibarətdir. Bu da ümumilikdə 177 gün edir. 177 günü 282 gündən çıxdıqda 105 gün qalır. Onu da 7-yə bölsək, 15 həftə edir. Bundan sonra 16-cı həftə gəlir. Altı aylıq müddətin başlanğıcı olan 16-cı həftə uşağa ruh üfürülən həftədir.
Qurani-Kərim bu həftədən etibarən cəninə (ana bətnindəki erkən dövr uşağa) insan adı verir. Beləliklə, yuxarıda bildirilən ikinci fikirdə ifadə edildiyi kimi bu aydan sonra uşaq ölü doğulsa da, digər insanlar kimi onun da meyyiti yuyulmalı və namazı qılınmalıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: ana südü, cənazə, hamiləlik müddəti, meyit, meyit namazı, ölü doğulan uşaq, ölən körpə uşaqlar, südvermə müddəti, uşağı yuyub basdırmaq, uşağın dəfni, uşaq və meyit namazı, uşaq əmizdirmək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? | 28.06.09 | 545 dəfə oxundu |
| 2 | İslam dinində meyyiti yandırmağa necə baxılır? | 23.01.10 | 319 dəfə oxundu |
| 3 | Qadınlar meyyit namazı qıla bilərlər? | 16.05.10 | 337 dəfə oxundu |
| 4 | Ölü yerində çörək yemək günahdır? | 16.05.10 | 423 dəfə oxundu |
| 5 | Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? | 16.05.10 | 357 dəfə oxundu |
| 6 | Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? | 24.11.10 | 318 dəfə oxundu |
| 7 | Ölünü basdırandan sonra namazını qılmaq olar? | 14.01.11 | 249 dəfə oxundu |
| 8 | Bir kişi ölən arvadının meyyitini yuya bilər? | 03.03.11 | 482 dəfə oxundu |
| 9 | Ölən körpəyə dua | 12.03.11 | 209 dəfə oxundu |
| 10 | Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? | 02.04.11 | 277 dəfə oxundu |
| 11 | Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? | 04.05.11 | 197 dəfə oxundu |
| 12 | Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? | 20.05.11 | 262 dəfə oxundu |