Müsəlmanlar
Təkcə fikirləşməklə nəzir demək olar?

Təkcə fikirləşməklə nəzir demək olar?

Sual: Mənim qəzaya qalan 7 gün orucum var. Həmin orucu hamısını birdən tutmağı fikirləşib “7 gün dalbadal oruc tutum” hesabı ilə tutmağa başlasam və sonra fasilə versəm günah olar? Belə fikirləşdiyim üçün mütləq fasiləsiz tutmalıyam? Və bu cür fikirləşmək nəzir kimi qəbul olunur?

Cavab: Xeyr, buna nəzir demək olmaz. Çünki nəzir insanın (ona) vacib olmayan bir ibadəti yerinə yetirəcəyinə dair Allaha söz verməyi və bunu bir növ özünə vacib etməyi deməkdir.

Xəstəlik və yol üstündə olmaq kimi məqbul səbəblərə görə tutula bilməyən orucları tutmaq insana vacibdir. Ona görə də bunu nəzirə çevirmək mümkün deyil.

Deməli, həmin 7 günlük orucu mütləq dalbadal tutmaq lazım deyil. Əgər bacarırsınızsa, fasiləsiz tutun. Amma müəyyən fasilələrlə tutsanız da, olar. Bu halda da öz öhdəliyinizi yerinə yetirirsiniz.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3348.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.