Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır?
Müsəlmanlar > Fitvalar > Oruc > Xəstə və əlillər Tarix: 13 Nisan 2011 Tövsiyə et Çap et
Sual: Mən oruclu idim. Qəfildən xəstələndim və orucumu pozmağa məcbur oldum. Bu halda nə etməliyəm? Pozulan orucun yerinə neçə gün oruc tutmalıyam?

Cavab: Orucu pozan şeylər yemək-içmək və cinsi əlaqədir. Bununla yanaşı, xəstələr və yol üstündə olanlar əgər istəsələr, oruc tutmaya bilərlər. Oruc tutduğu halda xəstələnən insanlar da dərman qəbul etmək məqsədilə oruclarını poza bilərlər. Bu halda sizin 1 gün qəza orucu tutmağınız kifayətdir. Allah Təala belə buyurur:

“Orucu sayı məlum olan günlərdə tutun. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Sizdən kim bu aya yetişsə, onu orucla keçirsin. Kim də xəstə və ya yol üstündə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz”. (Bəqərə, 2/184-185)

Cabir ibn Abdullanın rəvayət etdiyinə görə Muhəmməd peyğəmbər (s. a. v.) fəth ili Məkkəyə tərəf yola çıxmışdı. Kuraul-Ğəmim deyilən yerə gələnə qədər o da, əshabələr də oruclu idilər. Peyğəmbərə dedilər ki, oruc tutmaq insanlara çətin gəlir. Onlar sizin etdiklərinizə baxırlar. Peyğəmbər də ikindi vaxtından sonra bir stəkan su istədi və hamının gözünün qabağında içdi. Bunu görənlərin bəziləri oruclarını açdılar (pozdular), bəziləri də oruc tutmağa davam etdilər. Peyğəmbər bəzi əshabələrin oruc tutmağa davam etdiklərini öyrəndikdə belə dedi:

“Onlar itaət etmirlər. Asi olublar”. (Müslim, Siyam, 90 (1114); Tirmizi, Savm, 18)

Bu hədis xəstəlik və səfər vaxtı oruc tutmağın yaxşı olduğunu bildirən Quran ayəsinə zidd deyil. Çünki burada belə deyilir: Xəstə və ya yol üstündə olduğu halda, oruc tutmağa davam etmək insanın orqanizminə zərər verə bilər. Bəzi əshabələrin belə bir vəziyyətdə ola-ola oruca davam edib bədənlərinə zərər verməkləri “üsyan – asi olmaq” hesab olunub. Oruc tutacaqları halda orqanizmlərinə zərər gəlməyəcək xəstə və səfərdə olanların oruc tutmaqları isə ayədə də qeyd edildiyi kimi, daha yaxşıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.477 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 2.250 dəfə oxundu
2 Yaddaş pozğunluğu xəstəsi oruc tutmalıdır? 15.08.11 2.400 dəfə oxundu
3 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 3.226 dəfə oxundu
4 Şam qoymaq orucu pozur? 07.04.10 7.887 dəfə oxundu
5 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 5.806 dəfə oxundu
6 İmalə orucu pozur? 05.04.10 4.693 dəfə oxundu
7 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 3.044 dəfə oxundu
8 İynə vurdurmaq orucu pozur? 06.04.10 6.246 dəfə oxundu
9 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 2.396 dəfə oxundu
10 Susuz atılan dərmanlar orucu pozur? 08.08.11 4.538 dəfə oxundu
11 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 5.276 dəfə oxundu
12 Təzyiq və miqren xəstələri oruc tutmalıdırlar? 02.08.11 4.214 dəfə oxundu
13 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 3.082 dəfə oxundu
14 Burun damcısı orucu pozur? 31.07.11 7.106 dəfə oxundu
15 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 6.295 dəfə oxundu
16 Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər? 29.07.11 4.266 dəfə oxundu
17 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 2.713 dəfə oxundu
18 Gündə 3 dəfə dərman qəbul edən xəstə oruc tutmasa, olar? 05.08.12 4.134 dəfə oxundu
19 Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır? 13.04.11 4.477 dəfə oxundu
20 Dializ tətbiq olunan böyrək xəstəsi oruc tuta bilər? 19.07.13 1.910 dəfə oxundu
21 Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər? 05.05.10 2.990 dəfə oxundu
22 Müalicə olunan xəstənin oruc tutmağı problem yarada bilər? 21.07.13 2.718 dəfə oxundu
23 Dul qadınlar və xəstələr zəkat verməlidirlər? 16.04.10 2.612 dəfə oxundu
24 Fəlc olmuş, şüuru yerində omayan xəstələrin ibadət borcu necə ödənəcək? 13.06.15 937 dəfə oxundu
25 Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm? 07.04.10 2.937 dəfə oxundu
26 Bir xəstənin müalicə olmaq istəməməsi caizdirmi? 06.11.17 234 dəfə oxundu
27 Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur? 06.04.10 5.159 dəfə oxundu
28 Şəkər xəstələri oruc tutmalıdır? 03.04.10 5.123 dəfə oxundu