- Müselmanlar - http://www.muselmanlar.com -

Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar?

Cavab: Silsilə kəlməsinin mənası zəncir deməkdir. Ancaq bu söz təsəvvüfdə xüsusi bir mənada işlədilir. Belə ki, özünü təsəvvüf əhli kimi görənlər və təriqətlərə mənsub olan şəxslər bu sözlə təsəvvüf yolunun hazırkı mürşidindən həzrəti Muhəmmədə (s. a. v.) qədər gedib çatdığını gösətərən mənəvi zənciri nəzərdə tuturlar. Onlar öz şeyxlərini sayıb bəzi dualar edirlər.

İslamda belə şeylərə yer yoxdur. Bu, duada həddi aşmaq deməkdir. Bunlar: “Ancaq Sənə ibadət edir və ancaq Səndən kömək istəyirik”, – ayəsinə ziddir və insanı yoldan çıxardır. Hər şeyi Allahdan istəmək lazımdır. Kiminsə adını çəkib dua etmək olmaz. Belə bir şey əsla ola bilməz. İslam baxımından yolverilməzdir!

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar [1] © 2004 Bütün hüquqları qorunur.