Müsəlmanlar
Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar?

Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar?

Sual: Mənim Cümə namazına getdiyim məsciddə müəzzin bütün camaata peyğəmbərimizin və Bilal Həbəşinin ruhlarına Fatihə oxutdurur. Namazdan sonra ona dedim ki, məscidlər Allahın evidir, burda başqalarının adını zikr etməyin. O da cavab olaraq dedi ki, Quran ayəsində Allahdan başqasına ibadət edilməməsi məsələsi qeyd olunub. Siz həmin ayəni izah edərsiniz?

Cavab: Haqqında danışdığınız Quran ayəsi budur:

“Məscidlər Allahındır. Allahla birlikdə bir başqasını köməyə çağırmayın”. (Cinn, 72/18)

Burada: “Başqa biri üçün dua etməyin”, – deyilmir. Təbii ki, biz müsəlmanlar bir-birimiz üçün Allaha dua edirik. Ayədə deyilir ki, Allahdan başqa birindən nəsə istəməyin, dilək diləməyin.

Bəzi məscidlərdə həqiqətən də, belə hallara rast gəlmək olur. Bir də baxırsan ki, divara “Ya həzrəti Mövlana” və “Ya Bilal Həbəşi” yazıblar. Bu, şirkdir. Yolverilməzdir.

Allahdan başqa bir varlıqdan bir şey gözləmək olmaz.

Gələk sualınızın ölüyə Quran tapşırmaq və Fatihə surəsi ilə əlaqədar hissəsinə. Əlbəttə ki, ölüyə Fatihə oxunmamalıdır. Yaxşı olar ki, bu Fatihə vermək vərdişindən xilas olaq. Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3215.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.