Ata-anaya: “Uf!”, – deməmək əmri qaynanaya da aid edilir?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar Tarix: 04 Nisan 2011 Tövsiyə et Çap et
Sual: Dərsinizə internetdən qulaq asan bir qadın soruşur: Quranın bir ayəsində deyilir ki, ata-ana sizin yanınızda qocaldığı vaxt onlara: “Uf”, - da deməyin. Görəsən, buna yanımızdakı qaynana və qaynata da daxildir? Yoxsa təkcə öz ata-anamızla belə rəftar etməliyik?

Cavab: Təbii ki, qaynata və qaynana gəlinin doğma ata-anası kimi deyillər. Ancaq bizim adət-ənənəmizə əsasən öz valideynləri kimidirlər. Allah bu məsələ ilə əlaqədar olaraq belə buyurur:

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!”. (İsra, 17/23)

Burada bəzi mühüm məqamlar var. Hər şeydən əvvəl qocalıq dövrü bir növ uşaqlıq kimidir. Uşağın üstünə qışqırırlar, amma qocaya bağırmaq olmaz. Çünki insan qocaldıqca uşaqlaşıb kövrəlir. Yasin surəsində belə deyilir:

“Kimə uzun ömür veririksə, onu xilqətcə (yaradılış baxımından) tərsinə çeviririk”. (Yasin, 36/68)

Deməli, yaşlı insanlara xüsusi hörmət göstərmək lazımdır. Çünki onlar həm böyük, həm də kiçikdirlər. Bir də görürsünüz ki, çox müdrik söhbətlər edirlər, bəzən də uşaq kimi mühakimə yürüdürlər. Bu çox təbii bir haldır. Allah da əmr edir ki, onlara uf da deməyin və onlara qarşı qayğıkeş olun. Yəni, maraq göstərin, onlarla maraqlanın və xoş sözlər deyin.

Bunlar bizim borcumuzdur. Qaynana və qaynata gəlinin ata-anası deyil. Bu məlumdur. Amma onlar onun ərinin ata-anasıdırlar. Elə isə həm ərinin razı qalmağı, ən əsası da Allah Təalanın rizası üçün onlara qarşı olduqca yaxşı hərəkət etməli, xoş üz göstərməli və qayğılarına qalmalıdır.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1570.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
8.634 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süni mayalanma yolu ilə övlad sahibi olmaq olar? 08.03.10 23.197 dəfə oxundu
2 Bir kişi bir qadını sevə bilər? 24.07.09 6.207 dəfə oxundu
3 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 6.528 dəfə oxundu
4 Bir kişi eyni qadınla neçə dəfə evlənə bilər? 19.07.10 4.562 dəfə oxundu
5 Evlilik üzüyü vurmaq olar? 27.01.11 4.251 dəfə oxundu
6 Qoşulub gedən qıza qarşı ailəsi necə rəftar etməlidir? 24.04.14 3.271 dəfə oxundu
7 Müsəlman ər-arvadın seksdənkənar öhdəlikləri 09.02.12 6.320 dəfə oxundu
8 Daşıyıcı analıq yoluyla uşaq sahibi olmaq olar? 04.12.12 4.109 dəfə oxundu
9 Qadınların ərlərindən qalan bütün mirasa yiyələnməyə haqları varmı? 26.11.15 1.120 dəfə oxundu
10 Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? 24.07.09 10.670 dəfə oxundu
11 İslamda minimum evlilik yaşı neçədir? 26.10.14 8.050 dəfə oxundu
12 Bir qadının ögey oğlu doğma oğlu kimi ola bilər? 25.07.10 3.297 dəfə oxundu
13 Bir kişi arvadını boşayıb baldızını ala bilər? 27.01.11 5.028 dəfə oxundu
14 Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30? 29.05.11 8.657 dəfə oxundu
15 Ər-arvadın bir-birinə libas olmağını nə cür başa düşmək lazımdır? 16.02.12 3.166 dəfə oxundu
16 Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var? 06.02.13 3.478 dəfə oxundu
17 Ərə gedəcək qızlar, oğlanda hansı keyfiyyətləri axtarmalıdır? 04.04.16 2.101 dəfə oxundu
18 Evlənmək qismətdir? 24.07.09 11.842 dəfə oxundu
19 Bir kişi arvadının valideyninin yanına getməyinə mane ola bilər? 02.09.14 3.239 dəfə oxundu
20 Nigah olmadan yaxınlaşmaq 30.11.10 8.265 dəfə oxundu
21 Nişanlıların münasibətləri necə olmalıdır? 27.01.11 33.552 dəfə oxundu
22 Abortun hökmü 09.06.11 17.727 dəfə oxundu
23 Quran və Sünnədə evlənməyə münasibət 25.02.12 4.525 dəfə oxundu
24 Ana uşağını 2 ildən artıq əmizdirə bilər? 29.09.12 3.378 dəfə oxundu
25 Nişanlanmaq və evlənmək istəyənlər bir-birilə necə görüşməlidir? 22.05.15 2.779 dəfə oxundu
26 Toy gecəsi aybaşı 14.06.10 110.596 dəfə oxundu
27 Namaz qılmayana qız vermək olmaz? 23.03.10 6.614 dəfə oxundu
28 Nigahdan sonra mütləq zifaf lazımdır? 30.11.10 5.297 dəfə oxundu
29 Arvadı ölən kişi nə vaxt evlənə bilər? 28.01.11 4.951 dəfə oxundu
30 Ər-arvad küçədə qol-qola gəzə bilər? 13.06.11 4.937 dəfə oxundu
31 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.949 dəfə oxundu
32 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.953 dəfə oxundu
33 Quranın məsləhət gördüyü evlilik necədir? 08.07.16 1.200 dəfə oxundu
34 Toyda taxılan qızılın hökmü nədir? 04.09.14 2.856 dəfə oxundu
35 Kişinin qadınlıq borcunu yerinə yetirməyən arvadını aldatmağa haqqı var? 01.04.10 6.845 dəfə oxundu
36 Toy gecəsi bəy gəlinin ayağını yumalıdır? 20.11.10 7.705 dəfə oxundu
37 Molla kəbininin şərtləri nədir? 02.02.11 22.752 dəfə oxundu
38 Evlənmək istəyənlərə vasitəçilik 15.07.11 4.442 dəfə oxundu
39 Surroqat analıq 03.02.12 4.907 dəfə oxundu
40 Valideynin etdiyi pisliklərin əvəzi uşaqlarından çıxır? 04.03.13 3.198 dəfə oxundu
41 Qız evinin daha çox xərcə düşüb cehiz verməsi doğrudurmu? 26.12.16 1.084 dəfə oxundu
42 İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir? 11.12.09 4.456 dəfə oxundu
43 İslam dinində evlənməyə necə baxılır? 13.04.10 3.203 dəfə oxundu
44 Ölən qardaşın arvadını almaq olar? 30.11.10 6.606 dəfə oxundu
45 Qadın aybaşı halında olduğu vaxt kəbin kəsdirmək olar? 02.02.11 4.922 dəfə oxundu
46 Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz? 19.07.11 16.590 dəfə oxundu
47 Qardaşların nəvələri bir-biri ilə evlənə bilərlər? 28.03.12 2.304 dəfə oxundu
48 Ərdə olan bir qadın valideynlərinə mütləq baxmalıdır? 19.03.13 2.267 dəfə oxundu
49 Evlənmək niyyətiylə olan görüşmələrdə hansı qaydalara rəayət etməliyik? 30.12.16 1.381 dəfə oxundu
50 Qardaş qardaşının arvadını ala bilər? 19.11.11 7.814 dəfə oxundu
51 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.901 dəfə oxundu
52 Gəlin paltarı geyinmək 30.11.10 8.412 dəfə oxundu
53 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 7.967 dəfə oxundu
54 Ramazan ayında evlənmək olar? 19.08.11 4.914 dəfə oxundu
55 Valideyn öz uşağına pay verilən şeyləri başqasına verə bilər? 07.05.12 1.976 dəfə oxundu
56 Bir nəfərin dünyaya ikicinsli gəlməyi mümkündür? 06.04.13 5.171 dəfə oxundu
57 Birdən artıq evliliyə xüsusi hallarda icazə verilir? 18.01.17 1.194 dəfə oxundu
58 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 8.176 dəfə oxundu
59 Qadın ərini adı ilə çağıra bilər? 13.04.10 8.760 dəfə oxundu
60 Zina kəbini pozur? 30.11.10 11.721 dəfə oxundu
61 Həccə görə toyu gecikdirmək 13.03.10 2.188 dəfə oxundu
62 İslama əsasən “ürək kəbini” deyilən bir şey var? 03.09.11 3.976 dəfə oxundu
63 Kişi həyat yoldaşı namizədini görə bilər? 25.05.12 2.780 dəfə oxundu
64 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.976 dəfə oxundu
65 Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi? 30.01.17 1.306 dəfə oxundu
66 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.688 dəfə oxundu
67 Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri 14.12.09 12.206 dəfə oxundu
68 Atam molla kəbininə ziddi gedir. Yenə də ondan icazə almalıyam? 24.09.14 2.368 dəfə oxundu
69 Evlilikdə qan bacı-qardaşlığı 01.12.10 2.995 dəfə oxundu
70 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.630 dəfə oxundu
71 İslama əsasən körpəni nə vaxta qədər əmizdirmək lazımdır? 01.11.11 3.815 dəfə oxundu
72 2-ci arvadın qanuni hüquqları olmur. Elə isə İslamdakı poliqamiyanın mənası nədir? 28.05.12 3.719 dəfə oxundu
73 Nişan mərasimində dua etmək kəbinin kəsildiyinə sübutdur? 14.06.13 1.978 dəfə oxundu
74 Məni istədiyimə vermirlər. Nə etməliyəm? 19.01.18 760 dəfə oxundu
75 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 78.736 dəfə oxundu
76 Bakirəliyin əhəmiyyəti 17.12.09 19.503 dəfə oxundu
77 Toy gecəsi iki rükət namaz qılmaq vacibdir? 27.04.10 13.215 dəfə oxundu
78 Bir kişi xəstə arvadını boşamadan öz baldızı ilə evlənə bilər? 18.12.10 4.067 dəfə oxundu
79 Dul bir qadının ərə getməyinin qaşısını almaq düzdür? 24.12.11 8.466 dəfə oxundu
80 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 8.107 dəfə oxundu
81 Bir qızla evlənmək məqsədilə uzun müddət dostluq etmək olar? 04.06.12 4.247 dəfə oxundu
82 Ərinin pulunu gizlincə götürən qadın haram iş görür? 02.12.13 3.834 dəfə oxundu
83 Ailədən xəbərsiz şəkildə nikah qıyıla bilərmi? 31.12.18 551 dəfə oxundu
84 Seks problemi olan evli bir kişi başqa qadınlarla ola bilər? 17.03.10 11.256 dəfə oxundu
85 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 13.061 dəfə oxundu
86 25 yaşlı bir oğlanla 45 yaşında dul bir arvad evlənə bilər? 13.10.14 4.309 dəfə oxundu
87 Müsəlman bir kişi xristian bir qadınla evlənə bilər? 01.01.11 4.932 dəfə oxundu
88 Ərinin borcu olan qadın pal-paltar və ayın-oyun tələb edə bilər? 28.02.11 3.360 dəfə oxundu
89 Bir qadın hamilə olduğunu dost-tanışa nə vaxt bildirməlidir? 29.11.11 5.051 dəfə oxundu
90 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 7.275 dəfə oxundu
91 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 5.130 dəfə oxundu
92 Ər-arvad ikisi də işləyirsə, ev işlərini birlikdə görməli deyilmi? 08.07.19 381 dəfə oxundu
93 Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil. 24.07.09 6.721 dəfə oxundu
94 Ailələrin narazılığına baxmayaraq rəsmi kəbinlə evlənmək olar? 19.02.10 3.147 dəfə oxundu
95 Kəbində şahidlər mütləq müsəlman olmalıdırlar? 03.05.10 2.470 dəfə oxundu
96 Ərə gedəndən sonra başı açıq gəzməyin kəbinə təsiri var? 03.01.11 3.256 dəfə oxundu
97 Süni mayalanma, yoxsa tale ilə barışmaq? 02.03.11 3.441 dəfə oxundu
98 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 79.592 dəfə oxundu
99 Günah törətməmək üçün kəbin kəsdirmək olar? 04.06.12 6.615 dəfə oxundu
100 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.592 dəfə oxundu