Peyğəmbər məscidində 40 vaxt namaz
Müsəlmanlar > Fitvalar > Namaz > Tədqiqatlar Tarix: 03 Nisan 2011 Tövsiyə et Çap et

Peyğəmbər məscidində 40 vaxt namaz1

Deyilənə görə Muhəmməd peyğəmbər (s. a. v.) belə buyurub:

“Kim mənim məscidimdə heç bir namazı keçirmədən 40 vaxt namaz qılsa, ona Cəhənnəm əzabından uzaq olmaq və əzabdan xilas yazılır. O, nifaqdan uzaq olur”.2

Namaz bütün möminlərə vacibdir və namazı hər yerdə qılmaq olar. Məscid namazın cəm halda qılındığı yerdir. Peyğəmbərin məscidi (məscidi-nəbi) də bu baxımdan digər məscidlər kimidir. Quranda bildirilir ki, yer üzündəki ilk ibadətgah Məkkədədir. Oraya daxil olan əmin-amanlığa qovuşur. Həmin ibadətgahı ziyarət etmək gücü çatan hər bir möminə vacibdir. Quran onu digər məsələlərdə o biri məscidlərdən ayırmır.

Allah Təala Məscidi-Hərama və hacılara xidmət etməklə lovğalanan Məkkəli müşriklər ilə əlaqədar olaraq belə deyir:

“Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.

Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”. (Tövbə, 9/17-18)

Məkkəli müşriklər: “Məscidi-Həram”, – dedikləri halda, Allahın bütün məscidləri əhatə edən qaydada: “Allahın məscidləri”, – deməyi çox mühümdür. Ən vacibi də budur ki, Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmadan Allahın məscidlərini abadlaşdıran şəxslərə hansısa bir təminat verilmir. Onlarla əlaqədar olaraq belə bir hökm verilir: “Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”.

Ayələr belə davam edir:

“Doğrudanmı siz hacılara su verməyi və Məscidi-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bunlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz”. (Tövbə, 9/19)

Deməli, əsas məsələ imanlı olaraq Allah yolunda edilən cihaddır. Cihad cəhd sözü ilə eyni kökdəndir. Cəhd qüsursuz bir səylə nəticə əldə etmək deməkdir.3 Belə edən insana başqa cəhdlərlə mane olurlar. Qüsursuz (eyibsiz) bir səylə maneələri keçərək nəticəyə gəlməyə də cihad deyilir. Səmimi niyyətlə və Allahın rizasına müvafiq olaraq edilsə, o vaxt da Allah yolunda cihad olur.

Şərtlərinə uyğun qaydada namaz qılmaq üçün səy göstərmək də cihaddır. Çünki namaza mane olmağa çalışan insan və cin şeytanları var. Namaz başa çatdıqda başqa bir işə, yəni, bir növ başqa bir cihada başlamaq lazımdır. Allah Təala belə buyurur:

“Hər çətinliyin yanında bir asanlıq (rahatlıq) var.

Bəli, hər çətinliyin yanında şübhəsiz ki, bir asanlıq da var.

Bir işi qurtardığın vaxt başqa bir işə qurşan.

Nə gözləsən, ancaq Rəbbindən gözlə”. (İnşirah, 94/5-8)

Tövbə surəsinin 20-ci ayəsində isə belə deyilir:

“İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır”.

Peyğəmbərimizin (s. a. v.) Vida həcci bu məsələ ilə əlaqədar olaraq böyük əhəmiyyət kəsb edir. O, Zilhiccə ayının 4-ündə Məkkəyə çatmış, təvaf və səydən sonra Həcun deyilən uzaq bir yerdə dayanmışdır. Zilhiccənin 8-ci günü Minaya, 9-cu günü Ərəfata çıxmış, 10-cu günü isə Müzdəlifə vəqfəsini yerinə yetirdikdən və Cəmreyi-Əqəbəyə atdığı 7 kiçik daşdan sonra Məkkəyə gəlmişdir. Bu vaxt günorta vaxtı olduğuna görə Həramda ilk namazını qılmış və Kəbəni 2-ci dəfə təvaf etmişdir. Sonra isə Minaya çıxmışdır. Zilhiccənin 14-cü günü 3-cü dəfə Kəbəyə gəlmiş, vida təvafını edib namaz vaxtını gözləmədən Mədinəyə tərəf yola çıxmışdır.4

Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, namazı hər yerdə qılmaq olar amma təvaf ancaq Kəbənin ətrafında həyata keçirilə bilər. Buna görə də peyğəmbərimiz (s. a. v.) oraya namaz qılmaq üçün deyil, məhz təvaf üçün 3 dəfə gedib.

Elə isə burada bir sual yaranır: Vəziyyət belə olduğu halda, peyğəmbər məscidinə gələn, başqa işi olmadığına görə 2-ci namazı gözləyən və bu minvalla orada 8 gününü keçirən insan digər məscidlərdə namaz qılanlardan fərqli olaraq nə iş görmüşdür ki, Cəhənnəm odundan uzaq olmaq, əzabdan xilas olmaq və nifaqdan uzaq qalmaq kimi nemətlərə layiq olsun?!? Allah məscidləri abadlaşdıran möminlərə belə bir təminat vermədiyi halda, orada sırf namaz qılanlara zəmanət verir? Allahın vermədiyi təminatı peyğəmbər necə verə bilər?

Yuxarıda qeyd edilənlər peyğəmbərin dediyi irəli sürülən sözün Qurana əsasən təhlilidir.

Hörmətli Halil Altuntaş öz məruzəsində bu yazının əvvəlindəki sözü sənəd baxımından qiymətləndirmiş və qısaca belə demişdir:

“Bu rəvayəti həm Əhməd ibn Hənbəl, həm də Təbərani Əbdürrəhman ibn Əbi-r-Rical, Nubeyt ibn Ömər Ənəs ibn Malik sənədi ilə mərfu olaraq qeyd ediblər. Təbərani qeyd edir ki, həmin sözü Ənəsdən Nubeyt ibn Ömərdən başqa heç kim nəql etməyib. Ondan da təkcə İbn Əbi-r-Rical rəvayət edib.5 Nubeyt isə bu hədisdən başqa bir yerdə tanınmır”.

Heç tanınmayan bir nəfərin Ənəs ibn Malik kimi qiymətli bir əshabədən nəql etdiyi və Quranla ziddiyyət təşkil edən bir rəvayətini ciddi qəbul etmək olmaz. Buna görə də hörmətli Altuntaşın aşağıdakı təhlili ilə razılaşmaq mümkün deyil:

“Mədinə məscidində namaz qılmaq fəzilətindən mümkün qədər istifadə etmək məqsədi ilə hazırkı işi davam etdirmək olar; Mədinədə 8 gün, daha çox və ya az qalmaq olar”.

Biz də deyirik ki, Mədinədə qalmaq istəyən qalsın. Amma təkcə namaz qılmaq üçün yox, başqa səbəblərlə qalsın. Biz insanlara məsləhət görürük ki, dərhal öz iş-güclərinə qayıtsınlar və düzgün bir qaydada cəhd və səy göstərsinlər. Yəni, işləyib çalışsınlar. Quran ayələrinə və peyğəmbərin gördüyü işlərə uyğun gələn də budur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müəllif: İlahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır. []
  2. Əhməd ibn Hənbəl, əl-Müsnəd, III cild, s. 155; Təbərani, əl-Əvsat, VI cild, s. 210, nömrə 5540:

    من صلى فى مسجدى اربعين صلاة لاتفوته صلاة كتب له براءة من النار و نجاة من العذاب و برىء من النفاق الجهد: بلوغك غاية الأمر الذي لا تألو عن الجهد فيه []

  3. Əl-Xəlil ibn Əhməd əl-Fərahidi, Kitabu-l-Eyn, cəhd (الجهد) bəndi, İran, hicri 1309-cu il. []
  4. Səfiyyurrəhman əl-Mübarəkfuri, ər-Rəhiqu-l-məxtum, “bəhsun fi sirə-n-nəbəviyyə” fəsli, Beyrut, 1988, s. 420-424. []
  5. Təbərani, əl-Mucəmu-l-Əvsat, VI cild, s. 212, nömrə 5440. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.363 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.141 dəfə oxundu
2 Etikaf 23.06.09 5.030 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.284 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.613 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.911 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.736 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.520 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.516 dəfə oxundu
9 Qadınların şahidliyi 14.05.09 2.920 dəfə oxundu
10 Quran və müsəlmanlar 29.01.10 4.615 dəfə oxundu
11 Dua 25.11.10 7.045 dəfə oxundu
12 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.696 dəfə oxundu
13 Əsl kafir kimdir? 21.07.12 9.026 dəfə oxundu
14 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.095 dəfə oxundu
15 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.848 dəfə oxundu
16 Dəlillərlə Cümə namazı 12.02.10 6.222 dəfə oxundu
17 Donuz əti və ziyanları 08.12.10 5.790 dəfə oxundu
18 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.497 dəfə oxundu
19 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.446 dəfə oxundu
20 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.531 dəfə oxundu
21 Hicabı qadağan edənlər 14.05.09 3.413 dəfə oxundu
22 İnsan cəsədi və avtopsiya 05.02.10 3.546 dəfə oxundu
23 Şirk və küfr 14.07.11 3.542 dəfə oxundu
24 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.161 dəfə oxundu
25 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.131 dəfə oxundu
26 Nişanlıların kəbini 14.05.09 11.567 dəfə oxundu
27 Qadınlar və Cümə namazı 26.03.10 6.875 dəfə oxundu
28 Quranda əşyaların dili 04.07.11 14.185 dəfə oxundu
29 Mutəvatir hədis 28.09.12 1.924 dəfə oxundu
30 Vəsilə nədir? 27.05.16 2.134 dəfə oxundu
31 Münafiqlərin korluğu 10.04.10 1.984 dəfə oxundu
32 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.995 dəfə oxundu
33 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.516 dəfə oxundu
34 Hikmət 09.01.16 4.281 dəfə oxundu
35 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.773 dəfə oxundu
36 Nikaha nəzarət 14.05.09 6.613 dəfə oxundu
37 Ölüdən kömək gözləmək 28.03.10 3.784 dəfə oxundu
38 Quranı öyrənmənin üsulu 16.12.15 4.533 dəfə oxundu
39 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.032 dəfə oxundu
40 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.937 dəfə oxundu
41 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.490 dəfə oxundu
42 Faiz 29.03.10 4.483 dəfə oxundu
43 QÜTBÜ ƏZƏM 24.03.14 2.442 dəfə oxundu
44 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.630 dəfə oxundu
45 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.161 dəfə oxundu
46 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.403 dəfə oxundu
47 Namazları cəm etmək 08.04.10 6.858 dəfə oxundu
48 Seyyidlər kimlərdir? 16.10.11 8.057 dəfə oxundu
49 Qəza-qədər məsələsi 24.02.13 4.048 dəfə oxundu
50 Qadınların döyülməsi 29.03.17 1.401 dəfə oxundu
51 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.305 dəfə oxundu
52 Vərdişlər 10.04.10 2.604 dəfə oxundu
53 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.874 dəfə oxundu
54 Mütə nikahı (siğə) 07.03.13 8.583 dəfə oxundu
55 Tağut 28.04.17 3.211 dəfə oxundu
56 İnsan peyğəmbər 06.07.09 3.721 dəfə oxundu
57 Allah, insan və xələf-sələf 12.04.10 2.774 dəfə oxundu
58 Kişinin seksuallığı 09.01.12 15.878 dəfə oxundu
59 Vəhy 12.04.13 1.809 dəfə oxundu
60 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 563 dəfə oxundu
61 Təsbeh 06.07.09 3.642 dəfə oxundu
62 Nəsx və daşqalaq cəzası 27.05.10 4.585 dəfə oxundu
63 Fitr sədəqəsi 20.06.09 3.656 dəfə oxundu
64 İsra və Merac 02.04.16 1.181 dəfə oxundu
65 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.379 dəfə oxundu
66 Hamının bildiyi Namaz. 26.01.18 663 dəfə oxundu
67 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.363 dəfə oxundu
68 Qəndil 30.06.09 7.784 dəfə oxundu
69 Şəfaət 08.04.10 3.158 dəfə oxundu
70 Surroqat analıq 03.02.12 4.799 dəfə oxundu
71 Təvəssül 10.06.13 3.107 dəfə oxundu
72 “Ən zəif ev” 09.03.18 321 dəfə oxundu
73 Ailənin adından bir qurban 26.02.10 3.639 dəfə oxundu
74 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.990 dəfə oxundu
75 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.531 dəfə oxundu
76 Piramida və şəbəkə marketinqi 24.02.12 2.568 dəfə oxundu
77 İslamda geyim ədəbi 05.06.13 3.361 dəfə oxundu
78 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 468 dəfə oxundu
79 Donuz dərisi 02.11.09 3.247 dəfə oxundu
80 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.813 dəfə oxundu
81 İslamda falçılığa münasibət 27.11.10 7.783 dəfə oxundu
82 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 3.072 dəfə oxundu
83 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.201 dəfə oxundu
84 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 323 dəfə oxundu
85 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.978 dəfə oxundu
86 Heyzli qadının ibadəti 24.02.10 44.132 dəfə oxundu
87 Oruc və orucun başlanğıcı 27.08.10 9.410 dəfə oxundu
88 Şəfaət inancı 08.02.11 2.909 dəfə oxundu
89 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.852 dəfə oxundu
90 Uşaqların evləndirilməsi 26.01.15 3.042 dəfə oxundu
91 Quranda Hicab/Başörtüsü. 24.09.18 493 dəfə oxundu
92 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.897 dəfə oxundu
93 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.446 dəfə oxundu
94 Zikrin fəzilət və faydaları 26.11.10 4.858 dəfə oxundu
95 Kəramət nə deməkdir? 15.02.11 3.751 dəfə oxundu
96 Qadınların sünnəti 15.07.12 13.449 dəfə oxundu
97 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.072 dəfə oxundu
98 Xums nədir? 11.01.19 235 dəfə oxundu