Müsəlmanlar
Gəzmək üçün xarici ölkəyə getmək olar?

Gəzmək üçün xarici ölkəyə getmək olar?

Sual: Gəzmək üçün başqa ölkələrə getmək olar? İslam dininin bu məsələyə münasibəti necədir?

Cavab: Allah Təala bəzi səbəblərə əsasən səyahət etməyi əmr edir. Bunlar aşağıdakılardır:

1) Mədəniyyət məqsədli səfər

“Yer üzündə gəzib dolaşsalar, olmaz? Bu vaxt onlarda ağıllanmaqlarına kömək edən ürəklər və eşitməklərinə yarayan qulaqlar olur. Gözlər kor olmur, amma sinələrdəki ürəklər həqiqətən də, korlaşır” (Həcc, 22/46).

2) Elmi və tədqiqat məqsədi daşıyan səfər

“De ki, yer üzündə gəzib dolanın; görün ki, Allah yaratmağa necə başlayıb. Sonra O, başqa bir quruluş formalaşdıracaqdır. Allah hər şeyə bir ölçü qoyur” (Ənkəbut, 29/20).

3) Dinlərin tarixi ilə əlaqədar səfərə getmək

“Hər ümmətin içərisindən əlbəttə ki, elçilər çıxartdıq. (Onlara): “Allaha ibadət edin, zorbalardan uzaq durun”, – dedik. Allah onların bir hissəsini yola gəlmiş hesab etdi, bir hissəsi də azğın hesab olunmağa layiq oldu. Yer üzündə dolaşıb görün ki, yalana qurşananların aqibəti necə oldu!” (Nəhl, 16/36).

4) İbadət məqsədilə səfərə çıxmaq

Həcc ibadəti ilə əlaqədar olaraq Allah belə buyurur:

“Yoluna gücü çatan hər kəsin Beytullahı (Allahın evini) həcc etməyi Allahın insanlar üzərində haqqıdır” (Ali-İmran, 3/97)

Deməli, bir müsəlmanın bu məqsədlərdən hər hansı biri üçün başqa bir ölkəyə gəzməyə getməyində heç bir problem yoxdur.

Yer üzündə gəzib dolaşmaqla əlaqədar ətraflı məlumat üçün aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/dusunce-sahesi/2861.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.