Müselmanlar
Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı?

Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı?

Sual: Siz bir televiziya verilişində dediniz ki, Nuh peyğəmbərin gəmisinin Cudi dağına oturub oturmamağı dəqiq bilinmir. Cudi sözünün mənasını “hündür bir yer” kimi izah etdiniz. Quranda bununla əlaqədar nə kimi izahlar var?

Cavab: Hud surəsinin 44-cü ayəsində belə deyilir:

“(Sonra) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi (dağı) üzərində qərar tutdu. (Sonra) deyildi: “Məhv olsun zalım adamlar!”.

Əgər Cudi sözünün mənasının üstündə dursaq, görərik ki, bu sözün çoxlu bitkisi olan yer, çox münbit bir yer kimi mənaları var. Əslində isə xüsusi isimlərdə məna axtarmaq çox da düzgün bir şey deyil. Misal üçün, adı Fateh olan bir nəfərə: “Sənin adın bir şeyi açan, fəth edən mənasını verir. Deməli sən Fateh deyilsən, busan”, – demək kimi.

Bir şey bir yerin adı olubsa, olub. Cudi də o dağın qədimdən bəri adı olub. Onun yanında Şırnak rayonu var. Bu rayon camaat arasında “şəhri-Nuh” (Nuhun şəhəri) kimi tanınır. Bu, bu məsələyə də uyğun gəlir.

Bəziləri deyirlər ki, Nuh tufanı məhəlli bir şeydir. Yəni, yer üzünün bir yerinə baş verib. Guya bu tufan Mesopotamiya ərazisində meydana gələn böyük bir daşqındır. Guya gəmidəki heyvanlar da Nuh peyğəmbərin fermasındakı heyvanlar olub…

Kim nə deyirsə, desin, bunlar Quran ayələrinə müvafiq deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Nuh peyğəmbər və gəmisi barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/529.html

http://www.muselmanlar.com/fitvalar/2073.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin