Müsəlmanlar

Kişi iddəsi qurtarmadan arvadına qayıtsa, bu hal yenə talaq hesab olunur?

Sual: Məlumdur ki, 3 aylıq boşanma iddəsi daxilində kişi arvadına qayıtdığı vaxt təzədən kəbin kəsdirməyə ehtiyac qalmır. Elə isə bu nə cür bir boşanma hesab edilir? Təzədən boşanmaq üçün başqa bir kəbin lazım deyil?

Cavab: Quranın Talaq surəsində talaqtəfriq məhfumları, Bəqərə surəsinin 229 və 231-ci ayələrinə isə talaqtəsrih məfhumları var. Təsrih Əhzab surəsinin 28-ci ayəsində peyğəmbərimizin (s. a. v.) xanımları barədə də işlənib. Talaq boşamaq, təfriq və ya təsrih isə iddə başa çatdıqda ər-arvadın ayrılmağı deməkdir. Talağın həyata keçməsi təfriq və ya təsrihdən asılı deyil. Bu, qadınları mühafizə edən bir işdir. Əgər belə olmasaydı, çox adam arvadını boşayar, müddət başa çatdıqda da ona qayıdar və bunu saysız-hesabsız dərəcədə təkrar edərdi. Talağın təfriqdən asılı olmaması bunun qarşısını alıb. Allah Təala belə buyurur:

“O talaq iki dəfə olur. Hər birindən sonra qadını ya xoşluqla saxlamaq, ya da xoşluqla ayırmaq lazımdır”. (Bəqərə, 2/229)

Qurandakı talaq sistemini digər hüquq sistemlərindəki boşanmaya əsasən qiymətləndirib: “Təzə bir kəbin kəsilmədən təzə talaq olmur”, – demək Quranın boşanma sisteminə ziddir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.