Müsəlmanlar
Təriqətlərdəki cəzbə halı nə deməkdir?

Təriqətlərdəki cəzbə halı nə deməkdir?

Sual: Təriqətlərdə tez-tez işlədilən cəzbə sözünün mənası nədir? Təsəvvüfçülər cəzbə halı dedikdə nəyi nəzərdə tuturlar?

Cavab: Cəzbcəzbə sözlərinin mənası çəkmək, özünə çəkmək, cazibəcəzb etmək deməkdir. Təsəvvüfdə bu sözü “Haqqın bəndəni özünə çəkməyi və qəfildən uca dərgahına yüksəltməsi” mənasında işlədirlər.

Təsəvvüf əhlinin fikrincə, Allahın bəyəndiyi (sevdiyi) bəndəsinin qəlbindən pərdəni götürüb bəndə işləmədən və səy göstərmədən onu yaxın nuru ilə birdən-birə mənəvi məqamına yüksəltməsi halı cəzbə adlanır. İlk təsəvvüf mənbələrində cəzbəyə vəcd deyilir və zikr və səma kimi məsələlərlə birlikdə izah olunur. ((Mənbə: Hasan Kamil Yılmaz, “Cezbe”, Türkiyə Diyanet Vakfı İslam Ansiklopedisi, Türk dilində, 7-ci cild, s. 504.))

Yeri gəlmişkən, təsəvvüf və təriqətlərlə əlaqədar sual və cavabları ilə buradan tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/tesevvuf-teriqet

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.