Müsəlmanlar
Tuana adının mənası nədir?

Tuana adının mənası nədir?

Cavab: Bəzi qəzet və jurnallarda, eləcə də internet şəbəkəsində Tuana sözünün mənası sizin də qeyd etdiyiniz kimi, “Cənnətə düşən ilk yağış damlası” formasında verilir. Ancaq bu, dəqiqləşdirilmiş bir məlumat deyil.

Bununla belə, Türk Dil Qurumunun “Şəxs Adlı Sözlüyü” adlı lüğətində “güclü, qüvvəli” mənalarını daşıyan Tuvana adına yer verilib. Bildirilir ki, bu söz Fars mənşəli bir sözdür. Farsca-Türkcə lüğətdə isə “güclü, qüvvəli” mənaları verən bu söz TəvanaTavana kimi qeyd olunub. ((Ətraflı məlumat üçün baxın: Ziya Şükun, Farsca-Türkcə Lüğət = Gəncineyi-Güftar Fərhəngi Ziya, İstanbul, 1996,1-ci cild, s. 556 və 614.))

Çox güman ki, soruşduğunuz ad bu sözdür. Amma nəzərə almaq lazımdır ki, bu bir ehtimaldır; düzgün olmaya da bilər.

Bütün bunlarla yanaşı, yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, yəni, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Yeri gəlmişkən, saytımızın ADLAR bölməsindəki yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/adlar

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.