Müselmanlar
Allahdan başqa kiməsə “rəbb” demək olar?

Allahdan başqa kiməsə “rəbb” demək olar?

Sual: Məlumdur ki, Allaha Rəbb də deyilir. Quranda da Allah haqqında Rəbb sözündən istifadə edilib. Belə olan halda qulun yiyəsinə rəbb demək nə dərəcədə düzdür?

Cavab: Qurani-Kərimdə işlədilən sözlərin hamısı insanların işlətdikləri sözlərdən seçilib. Peyğəmbərimizin (s. a. v.) dövründə qula “abd” deyilirdi. Onun ağasına isə “rəbb” deyirdilər. Hətta belə bir ifadə də işlədilirdi: “Rəbbu-l-abd” = qulun sahibi.

İnsanlar yaxşı bilirlər ki, qul (nökər, qaravaş və muzdur də bunlardandır) ağasına qarşı itaətsizlik edə bilməz. Hətta o dövrü nəzərə alsaq, ağa nökərini öldürsə belə, nökər cınqırını çıxarda bilmirdi. Məkkədəki mühit elə idi ki, belə hallarda heç kəs ağanı buna görə cavabdeh hesab etmirdi.

İnsanlar orada kölə və yiyəsinin arasındakı münasibəti görüb anlayırdılar. Sonra müsəlmanlıq gəldi. Bu din qullara deyirdi ki, siz ancaq Allahın qulusunuz. Sizin sahibiniz yalnız Allahdır. Allahdan başqa bir varlıq sizin sahibiniz ola bilməz. Bu halda cəmiyyət tərəfindən qul kimi qəbul olunan insanlar Allahın qarşısında nə cür rəftar etmək lazım olduğunu başa düşdülər və beləcə, azadlığın mənasını dərk etdilər.

Məsələnin digər cəhəti ilə bağlı olaraq bunları demək olar: Allah Quranı endirdiyi cəmiyyətə məhz onların öz dillərində göndərib. Yəni, bu kitabda o cəmiyyət tərəfindən işlədilən sözlərə yer verilib.

Rəbb sözü Ərəb dilində hal-hazırda da “sahib və yiyə” mənalarında işlədilir. Misal üçün, “rəbbu-l-beyt” ifadəsi. Bunu bizim dilə hərfən tərcümə etsək, “evin rəbbi” kimi bir məna alınır. Halbuki bu, “ev yiyəsi” deməkdir. Ərəblər evin xanımına “rəbbətu-l-beyt” deyirlər. Bu kimi məsələlər dillə – bir sözün yerinə görə işlədilməsi ilə əlaqədardır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin