Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər?
Müsəlmanlar > Fitvalar > Qüsl > Xəstə və əlillər Tarix: 21 Mart 2011 Tövsiyə et Çap et
Sual: Bizim qonşumuzun əqli cəhətdən xəstə bir oğlu var. Bu oğlan demək olar ki, hər gün cənabət olur. Bir dəfə də odun peçini öz üstünə aşırıb. Çox pis yanıqları var. Anası onunla bacara bilmir. Tuta bilmir ki, yuyundursun. Bu qadın nə etməlidir?

Cavab: İslam dininə əsasən ibadətləri yerinə yetirməklə əlaqədar cavabdehlik müəyyən şərtlərdən asılıdır. Bunlardan biri insanın ağıllı olmasıdır. Əgər sualınızda qeyd etdiyiniz şəxs namaz qıla bilməyəcək qədər xəstədirsə, onun qüsl etməyinə də ehtiyac yoxdur. Çünki qüsl namaz üçün tələb olunan bir şərtdir (Baxın: Maidə, 5/6). Buna görə də anasının onu hər ehtilam olduğu vaxt deyil, çimmək vaxtı gəldikdə yuyundurmağı kifayətdir.

Allah Təala dəstəmaz, qüsl və təyəmmümlə əlaqədar ayədə belə buyurur:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (Maidə, 5/6)

İndi isə yaxşı olar ki, sualınızla sıx əlaqədar olan digər bir sual-cavabı da oxuyasınız:

http://www.muselmanlar.com/fitvalar/2732.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.003 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 2.366 dəfə oxundu
2 Susuz atılan dərmanlar orucu pozur? 08.08.11 4.522 dəfə oxundu
3 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 5.207 dəfə oxundu
4 Təzyiq və miqren xəstələri oruc tutmalıdırlar? 02.08.11 4.205 dəfə oxundu
5 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 3.040 dəfə oxundu
6 Burun damcısı orucu pozur? 31.07.11 7.093 dəfə oxundu
7 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 6.200 dəfə oxundu
8 Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər? 29.07.11 4.255 dəfə oxundu
9 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 2.687 dəfə oxundu
10 Gündə 3 dəfə dərman qəbul edən xəstə oruc tutmasa, olar? 05.08.12 4.125 dəfə oxundu
11 Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır? 13.04.11 4.462 dəfə oxundu
12 Dializ tətbiq olunan böyrək xəstəsi oruc tuta bilər? 19.07.13 1.899 dəfə oxundu
13 Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər? 05.05.10 2.976 dəfə oxundu
14 Müalicə olunan xəstənin oruc tutmağı problem yarada bilər? 21.07.13 2.715 dəfə oxundu
15 Dul qadınlar və xəstələr zəkat verməlidirlər? 16.04.10 2.592 dəfə oxundu
16 Fəlc olmuş, şüuru yerində omayan xəstələrin ibadət borcu necə ödənəcək? 13.06.15 934 dəfə oxundu
17 Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm? 07.04.10 2.927 dəfə oxundu
18 Bir xəstənin müalicə olmaq istəməməsi caizdirmi? 06.11.17 230 dəfə oxundu
19 Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur? 06.04.10 5.140 dəfə oxundu
20 Şəkər xəstələri oruc tutmalıdır? 03.04.10 5.091 dəfə oxundu
21 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 2.239 dəfə oxundu
22 Yaddaş pozğunluğu xəstəsi oruc tutmalıdır? 15.08.11 2.392 dəfə oxundu
23 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 3.190 dəfə oxundu
24 Şam qoymaq orucu pozur? 07.04.10 7.793 dəfə oxundu
25 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 5.727 dəfə oxundu
26 İmalə orucu pozur? 05.04.10 4.659 dəfə oxundu
27 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 3.003 dəfə oxundu
28 İynə vurdurmaq orucu pozur? 06.04.10 6.212 dəfə oxundu