Müsəlmanlar
Ölünün dalınca Quran oxumağın nə mənası var?

Ölünün dalınca Quran oxumağın nə mənası var?

Sual: Bir nəfər öləndən sonra Quranı xətm etmək və ya bəzi surələri oxumaq nə deməkdir? Bunun bir mənası var?

Cavab: Sualınızda qeyd etdiyiniz məsələ bəzi “Quran oxuyan”lara pul qazandırmaqdan başqa bir işə yaramır.

Burada başqa bir məsələ də var:

Yaxşı məlumdur ki, insanlar bir nəfər öldükdə bir yerə yığışırlar. Belə bir vaxtda insanları olduqca emosional olurlar; onların əksəriyyəti, bəlkə də, hamısı ölüm haqda fikirləşirlər. Məhz həmin vaxt, yəni, o mühitə uyğun formada Quran oxunsa və başa düşülsə, ölü deyil, qalanlar üçün çox xeyirli olar. Qalanların gedənlər üçün görə biləcəkləri yeganə iş dua etməkdir.

Zəhmət olmasa, bu məsələ ilə əlaqədar digər sual və cavabları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3215.html

http://www.muselmanlar.com/fitvalar/2114.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.