Misal verib İslam cəza hüququnu izah edərsinizmi?
Müsəlmanlar > Cəzalar > Fitvalar Tarix: 18 Mart 2011 Tövsiyə et Çap et
Sual: Müəllim, siz bir dəfə demişdiniz ki, kiməsə edilən haqsızlığın cəzası onun iki qatıdır. Birincisi haqsızlığın əvəzi, ikincisi isə haqsızlığın cəzası. Burada belə bir sual yaranır: Məgər Qurani-Kərimdə cəzalar misli ilə nəzərdə tutulmayıbmı? Misal üçün, bir nəfər bir nəfəri bir dəfə vurubsa, o da bir dəfə vurulmalı deyilmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.

Cavab: Hər şeydən əvvəl deyim ki, bu məsələ bizim Quran işığında düzgün hesab etdiyimiz səhvlər adlı kitabımızın “Cəza hüququnun əsas prinsipləri” fəslində təfsilatla izah edilib. Oradan oxumağınız mümkündür.

Ancaq indi sualınıza qısa bir cavab olaraq Quranın Bəqərə surəsindən və peyğəmbərimizin (s. a. v.) hədislərindən bir misal vermək istəyirəm.

Belə ki, Allah Təala Bəqərə surəsinin 194-cü ayəsində belə buyurur:

“Haram ay haram aya görədir. Haram olanları (pozmağın) (cəzası) qisas almaqdır. Kim sizin sərhədlərinizi keçsə (təcavüz etsə) siz də ona qarşı onun sərhədini keçin (təcavüz edin). Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

Tutalım ki, Yunanıstan bizim, yəni, Türkiyənin sərhədlərini keçdi. Yəni, bizim ərazilərimizə təcavüz etdi. Biz də onu geri püskürtdük və axırıncı rayonumuz olan Ədirnə ərazisinə qədər qovduq. Bu zaman biz təcavüz etmiş oluruq? Xeyr! Elə isə bir bu qədər də bizim almağa ixtiyarımiz var. Beləcə, haqsızlığın cəzası verilir.

Bu məsələni Muhəmməd peyğəmbər (s. a. v.) açıq-aydın qaydada izah edib. Məsələn, o deyir ki, bir nəfərin dəvəsi itib. Əgər həmin dəvəni başqa bir adam tapıb mənimsəsə (öz malı kimi qəbul edib götürsə), tutulduğu vaxt həm o dəvəni geri qaytarmalıdır, həm də başqa bir dəvə verməlidir. Çünki o, özünün olmayan bir malı mənimsəyib. Əslində o dəvə tapdığını xəbər verməli, tapdığı dəvənin cinsiyyət, rəng və sairə kimi xüsusiyyətlərini camaata (qonum-qonşu, dost-tanış və əlindən gəldiyi qədər o həndəvərdə yaşayanlara) bildirməlidir. Amma o, bunu etmək əvəzinə dəvəni özünün imiş kimi mənimsəyir. Bu isə oğurluqdur. Bu şəxs həm həmin dəvəni, həm də başqa bir dəvə verməklə cəzasını çəkməlidir.

Nəticə etibarilə yuxarıdakı ayə və hədisin arasında müvafiqlik var. Qurani-Kərimdə bütün cəza prinsipləri belədir.

Yeri gəlmişkən, qeyd edim ki, biz bu məsələlərlə əlaqədar yazılan elmi işlərə də rəhbərlik edirik. İnşallah başa çatdığı zaman cinayətlər və cəzalarla bağlı müsbət nəticələr əldə olunacağına ümid edirik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.430 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəddar bir qatilin cəzası nə olmalıdır? 30.03.11 1.640 dəfə oxundu
2 Təcavüzkarı öldürən qadına hər hansı bir cəza tətbiq edilirmi? 13.01.16 702 dəfə oxundu
3 Qəza nəticəsində bir insanın ölümünə səbəb olana nə cəza verilir? 05.02.18 114 dəfə oxundu
4 Oğruya tətbiq olunan əlkəsmə cəzası məcazidir, yoxsa həqiqi? 05.12.14 1.245 dəfə oxundu
5 Müsəlman ümməti hamılıqla məhv ola bilər? 09.06.11 1.944 dəfə oxundu
6 İmkanı ola-ola borcunu qaytarmayanlara nə edə bilərik? 29.10.13 1.553 dəfə oxundu
7 Dövlətin müharibə siyasətini tənqid etmək həps cəzasına səbəb olurmu? 12.03.18 102 dəfə oxundu
8 Özünümüdafiə zəminində adam öldürən şəxs diyət (qanbahası) ödəməlidirmi? 06.03.14 1.538 dəfə oxundu
9 Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir? 20.09.11 1.622 dəfə oxundu
10 Cinsiyyətini dəyişdirənlərin cəzası ölüm olmalıdır? 12.01.15 1.524 dəfə oxundu
11 Rəsulullah (ə.s.), “namaz qılmayan uşağı döyün” demişmi? 02.04.18 175 dəfə oxundu
12 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.452 dəfə oxundu
13 Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır? 13.12.11 3.619 dəfə oxundu
14 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.019 dəfə oxundu
15 Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir? 02.04.10 2.765 dəfə oxundu
16 Peyğəmbərin dövründə oğruların əlini kəsirdilər? 14.12.11 1.646 dəfə oxundu
17 Qurana görə terorçulara necə bir cəza verilməlidir? 17.04.15 1.203 dəfə oxundu
18 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.129 dəfə oxundu
19 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 2.942 dəfə oxundu
20 Quranda keçən hədd cəzaları hansı şərtlərdə tətbiq edilə bilər? 09.05.16 680 dəfə oxundu
21 Quranda İsrail oğullarına verilən cəzalar barədə nə deyilir? 10.06.10 1.738 dəfə oxundu
22 Qonşunun pəncərəsini qəsdən qıran şəxsə nə kimi bir cəza verilməlidir? 20.12.11 1.667 dəfə oxundu
23 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.377 dəfə oxundu
24 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 2.124 dəfə oxundu
25 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.563 dəfə oxundu
26 Firon və ailəsi hal-hazırda qəbir əzabı çəkirmi? 19.06.15 1.169 dəfə oxundu
27 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.704 dəfə oxundu
28 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.206 dəfə oxundu
29 Şəriətə görə namaz qılmayanın cəzası ölümdür? 15.08.16 866 dəfə oxundu
30 Quran və anaxronizm 05.07.09 2.017 dəfə oxundu
31 Oğurluğa görə əl kəsmə cəzası hansı şərtlər daxilində tətbiq olunur? 26.06.12 1.735 dəfə oxundu
32 Qan davasının İslam dinindəki hökmü nədir? 03.10.16 468 dəfə oxundu
33 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.236 dəfə oxundu
34 Subay əsir bir qadın zina edərsə, onun cəzası nə olmalıdır? 17.10.15 903 dəfə oxundu
35 Bir insanı qəsdən öldürənin tövbə etmək imkanı varmı? 05.10.16 513 dəfə oxundu
36 İslam dinində içki içməyin dəqiq bir cəzası var? 19.01.11 2.397 dəfə oxundu
37 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 5.810 dəfə oxundu
38 Qisasda diyət ödənməsi, pulu olanın istədiyini edə biləcəyi mənasına gəlməzmi? 17.10.16 426 dəfə oxundu
39 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.171 dəfə oxundu
40 İslamda bir şəxsi cinayətə həvəsləndirməyin cəzası nədir? 03.02.13 1.395 dəfə oxundu
41 Haram aylarda qisas cəzası tətbiq edilirmi? 28.10.16 451 dəfə oxundu
42 İslamda zorlamağın cəzası 19.01.11 4.404 dəfə oxundu
43 Dinə əsasən internetdən illeqal köçürmənin cəzası nədir? 14.02.13 1.268 dəfə oxundu
44 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 150 dəfə oxundu
45 Misal verib İslam cəza hüququnu izah edərsinizmi? 18.03.11 1.430 dəfə oxundu
46 İslam dinində məhbuslara münasibət 24.03.13 1.647 dəfə oxundu
47 Dövlət səhv yolda olan təriqət və camaatları cəzalandıra bilərmi? 25.10.17 68 dəfə oxundu
48 İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir? 12.06.10 3.924 dəfə oxundu
49 Söz verdiyi işi vaxtında görməyənə pul cəriməsi tətbiq etmək olar? 18.06.13 1.302 dəfə oxundu
50 Yaxalanan oğru tövbə  edərsə, yenə də əli kəsilirmi? 29.12.17 101 dəfə oxundu