Qadınlar da ehtilam olurlar?
Müsəlmanlar > Cinsi həyat > Fitvalar > Qüsl Tarix: 17 Mart 2011 Tövsiyə et Çap et
Sual: Qadınlar yuxularında cinsi əlaqədə olduqlarını görsələr, durub qüsl verməlidirlər?

Cavab: Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Aişə (r. a.) nəql edir: “Bir dəfə peyğəmbərdən (s. a. v.) soruşdular ki, bir nəfər paltarında nəmlik hiss etsə, ancaq ehtilam olduğunu yadına sala bilməsə, mütləq yuyunmalıdır?”

Peyğəmbər (s. a. v.) buna belə cavab verdi:

“Bəli, yuyunmalıdır!”

Sonra soruşdular ki, bəs ehtilam olduğunu bilən, amma nəmlik hiss etməyən necə?

Peyğəmbər (s. a. v.) buna cavab olaraq: “Ona qüsl etmək lazım deyil”, – dedi.

Bu dəm Ümmü Süleym (r. a.) soruşdu:

“Əgər bu əhvalat bir qadının başına gəlsə, necə? Qüsl etməlidir?”

Allahın elçisi (s. a. v.) cavab verdi:

“Bəli! Qadınlar kişilərin əmsallarıdırlar”. (Əbu Davud, Təharət, 95; Tirmizi, Təharət, 82)

Yenə Aişə (r. a.) rəvayət edir ki, Ümmü Süleym (r. a.) bir dəfə peyğəmbərdən (s. a. v.) yuxusunda kişinin gördüyünü görən qadın barədə sual soruşdu. Öyrənmək istədi ki, həmin qadın qüsl verməlidir, yoxsa yox?

Peyğəmbər (s. a. v.) bu suala: “Bəli, əgər suyu görsə”, – deyə, cavab verdi.

Bunu eşidən Aişə (r. a.) üzünü Ümmü Süleymə (r. a.) tutub dedi:

“Allah sənin xeyrini versin! Sən nə danışırsan belə?”

Rəsulullah (s. a. v.) Aişəyə tətəf çevrilib dedi:

“Aişə, qoy, istədiyini soruşsun! Əgər belə olmasaydı, uşaqlar heç ana tərəfinə çəkərdilər? Əgər qadının suyu kişinin suyundan üstün olsa, uşaq dayılarına oxşayar. Kişinin suyu da qadının suyuna üstün gəlsə, uşaq əmilərinə çəkər”. (Müslim, Heyz, 33; Muvatta, Təharət, 84; Əbu Davud, Təharət, 96; Nəsai, Təharət, 131)

Müslimin külliyatında qeyd edilən digər bir rəvayətdə isə belə bir əlavə var:

“Kişinin suyu qatı və ağdır. Qadının suyu isə sarı və durudur. Bunlardan hansı üstün olsa və ya qabağa keçsə, oxşarlıq meydana gəlir”. (Müslim, Heyz, 30)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
18.434 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 3.850 dəfə oxundu
2 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 6.283 dəfə oxundu
3 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 18.054 dəfə oxundu
4 Qüsl almağın qaydası 27.05.11 135.129 dəfə oxundu
5 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 12.361 dəfə oxundu
6 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 16.125 dəfə oxundu
7 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 6.520 dəfə oxundu
8 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 11.189 dəfə oxundu
9 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 4.801 dəfə oxundu
10 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 5.839 dəfə oxundu
11 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 4.129 dəfə oxundu
12 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 3.683 dəfə oxundu
13 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 7.960 dəfə oxundu
14 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 26.828 dəfə oxundu
15 Cinsi əlaqə və qüsl 07.07.09 20.455 dəfə oxundu
16 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 3.793 dəfə oxundu
17 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 4.796 dəfə oxundu
18 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 9.242 dəfə oxundu
19 Qonaq getdikdə qüslü necə almaq lazımdır? 25.12.12 4.002 dəfə oxundu
20 Məni, məzi və vədi nədir? 27.01.10 19.760 dəfə oxundu
21 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 5.776 dəfə oxundu
22 Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir? 25.12.12 2.257 dəfə oxundu
23 Hamamda çox qalmaq günahdır? 27.01.10 11.711 dəfə oxundu
24 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 11.060 dəfə oxundu
25 Kişi həkimin yoxladığı qadın çimib qüsl almalıdır? 22.01.13 4.178 dəfə oxundu
26 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 3.944 dəfə oxundu
27 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 3.970 dəfə oxundu
28 Cənabət halda ölənlər Cəhənnəmdə yanacaqlar? 02.09.13 6.423 dəfə oxundu
29 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 13.098 dəfə oxundu
30 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 3.749 dəfə oxundu
31 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 31.865 dəfə oxundu
32 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 3.403 dəfə oxundu
33 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 2.565 dəfə oxundu
34 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 3.189 dəfə oxundu
35 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 5.363 dəfə oxundu
36 Qadınlar da ehtilam olurlar? 17.03.11 18.434 dəfə oxundu
37 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 11.401 dəfə oxundu
38 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 57.762 dəfə oxundu
39 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 19.047 dəfə oxundu
40 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 2.500 dəfə oxundu