Müsəlmanlar
İş ucbatından namazı təxirə salmaq Allahı ikinci plana keçirməkdir?

İş ucbatından namazı təxirə salmaq Allahı ikinci plana keçirməkdir?

Sual: İşlədiyim yerdə iş çox olduğuna görə əzanı eşidən kimi namaza dura bilmirəm. Əzanın üstündən 10-15 dəqiqə keçir. Yəni, namazı gec qılmalı oluram. Bu Allahı ikinci plana qoymaq hesab olunur? Qorxuram ki, şirk və küfr kimi günahlara batam. Bu barədə nə deyərdiniz?

Cavab: Sualınızdan belə başa düşülür ki, siz Allahı əslində həyatınızda birinci sırada görür və ona qətiyyətlə iman edirsiniz. Əgər dediyiniz kimi “ikinci plana keçirsəydiniz”, heç bir narahatlıq hiss etməzdiniz. Günah edən insan da belədir; Allahı birinci sırada, yəni, hər şeyin fövqündə qəbul etdiyi üçün günah etdikdən sonra peşmanlıq hissi keçirir.

Qurani-Kərimin Nisa surəsinin 103-cü ayəsində belə deyilir:

“Namaz möminlər üçün vaxtları məlum bir fərz olaraq yazılmışdır”.

Yəni, namaz əvvəli və axırı olan bir vaxtdır. Deməli, vaxtını keçirməmək şərti ilə qılmaq Allah Təalanın qəbul etdiyi bir şeydir. Mütləq vaxtın əvvəlində qılmaq lazım deyil. Amma vaxt girən kimi qılınsa, yaxşı olar; çünki bu, sünnədir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.