Müsəlmanlar
Xaricdə mal-mülkə yiyələnmək üçün faiz almaq olar?

Xaricdə mal-mülkə yiyələnmək üçün faiz almaq olar?

Cavab: Keçən il (2010) Almaniyada elmi bir yığıncaqda iştirak edirdim. Təəssüf ki, mən özümü orada çox tənha hiss etdim. Səbəbini də deyim: Orada gördüm ki, bəzi müsəlman din xadimləri faiz barədə istədikləri kimi fitva verirlər. Faizə verilən tərifi dəyişdirərək deyirlər ki, qeyri-müsəlman bir ölkədə faiz almaq olar. Sıravi insanlar isə bu fitvaları eşidən kimi gileylənirlər. Onlar deyirlər ki, kaş bu fitvaları bizə əvvəllər də verən olaydı… Biz də burada çoxlu daşınmaz əmlak alardıq.

Mən bu kimi hallarda bildirirəm ki, biz müsəlmanlar bu dünyaya mal-dövlət sahibi olmaq üçün gəlməmişik. Əgər məqsədiniz budursa, buyurun, sizə mane olan yoxdur.

Əlbəttə ki, mal-mülkə yiyələnmək müsəlmanlara qadağan deyil! Ancaq halal yoldan. Halalından olmalıdır. Məgər faiz Rusiya, Almaniya, Çin, Yaponiya, Fransa, İngiltərə, ABŞ, Kanada və sairə kimi ölkələrdə yaşayan bir müsəlmana qadağan deyil? Allahın əmr və qadağaları ona aid deyilmi?

Müsəlmanın bu məsələdəki mövqeyi belə olmalıdır: Bütün dünya kafir ola bilər. Amma mən kafir olmamalıyam! Mən müsəlman qalmalıyam! İmanımı qorumalı, ibadətlərimi yerinə yetirməliyəm! Günaha batmamalıyam!

Qısa desək, faiz almaq və vermək həmişə və hər yerdə haramdır.

Suala cavab verdi: Abdulaziz Bayındır (İstanbul Universitetinin müəllimi, professor)

Faiz məsələləri barədə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/faiz

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.