Müselmanlar
Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür?

Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür?

Sual: Deyilənə görə hər dövrə bir alim gəlir və insanlara dini məsələlərdə kömək edir. Bu düzdür? Əgər düzdürsə, həmin alimin kim olduğunu necə başa düşmək olar? Bununla əlaqədar bir hədis var?

Cavab: Əbu Davudun Sünən əsərində belə bir hədis rəvayəti var:

Əbu Əlqəmə dedi ki, eşitdiyimə görə Əbu Hüreyrə (r. a.) peyğəmbərin (s. a. v.) belə buyurduğunu deyirmiş:

“Allah hər əsrin başında bu ümmət üçün dinini təzələyən bir nəfəri (mücəddid) göndərir”. (Əbu Davud, Məlahim, 1)

Bu hədis zəifdir. Hədisi rəvayət edənlərdən biri olan Əbu Əlqəmə: “Eşitdiyimə görə Əbu Hüreyrə (r. a.) peyğəmbərin (s. a. v.) belə buyurduğunu deyirmiş”, – deyir. Deməli, o özü də bunu dəqiq bilmir.

Burada çox mühüm bir sual yaranır: Quran və Sünnə gözümüzün qabağındadır. Elə isə gələn alim nəyi təzələyəcək? Bir dəqiqəliyinə bu hədisin düzgün olduğunu qəbul edək. Orada deyilir ki, həmin alimi Allah göndərəcək. Elə isə nə üçün bununla əlaqədar bir əlamət yoxdur? İnsanlar bu barədə necə xəbər tutacaqlar?

Nəticə etibarilə bu cür ciddi bir məsələdə zəif bir hədisə əsasən hökm vermək və bu cür nəricə çıxartmaq olmaz. Bizim fikrimizcə bu hədisi dəlil qəbul etmək mümkün deyil.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin