Müsəlmanlar

Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər?

Sual: Təqva nə deməkdir? Çəkinmək mənası daşıyır? Müsəlman olmayan təqvalı ola bilər? Belə bir şey mümkündür?

Cavab: Təqva sözünü iki ayrı baxımdan qiymətləndirmək lazımdır. Biri sözün lüğəvi mənası baxımından, digəri də dini bir istilah kimi. Təqva sözü hər şeydən əvvəl qorunmaq deməkdir. Misal üçün, soyuq havada üşüməmək üçün qalın geyim geyinib qorunmaq kimi.

Təqva sözünü ikinci mənada götürdükdə isə bu cür anlamaq lazımdır: Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan çəkinib uzaq durmaq. Ən böyük təqva şirk günahından qorumaqdır. Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. Bu növ təqva kafirlərdə olmur.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.