Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var?
Müsəlmanlar > Fitvalar > Hədis > Zina Tarix: 06 Mart 2011 Tövsiyə et Çap et
Sual: Yəqin siz də bilirsiniz ki, belə bir hədis var: “Bir müsəlman zina edirsə, imansız edir. Yəni, həmin vaxt imanı ondan alınır”. Deyilənə görə İmam Ə’zəm Əbu Hənifə bu hədisi Qurana zidd olduğuna görə qəbul etmirmiş. Bu düzdür?

Cavab: Bəli, düzdür. Əbu Hənifə ona nisbət edilən əl-Alim və-l-Mütəallim adlı əsərində Tirmizi və Əbu Davudun hədis külliyatlarında qeyd olunan bu hədisi: “Bu hədis Quranla ziddiyyət təşkil edir”, – deyə, qəbul etmir. Həmin əsərin müvafiq hissəsi aşağıdakı kimidir:

Tələbə (Əbu Muqatil) Əbu Hənifədən soruşur:

– Müəllim, siz bu hədisi necə qiymətləndirirsiniz? Hədis belədir:

“Mömin zina etdiyi vaxt köynəyi əynindən çıxardıldığı kimi, imanı da çıxardılır. Sonra tövbə edəndə iman ona qaytarılır”. (Əbu Davud, Sünnə, 15; Tirmizi, İman, 11)

Əgər bunu təsdiq edirsinizsə, deməli, Xaricilərin1 prinsiplərini qəbul edirsiniz. Yox, əgər onların fikirləri barədə şübhəniz varsa, deməli, Xaricilərin prinsipləri məsələsində də şübhəyə düşür və dediyiniz haqdan (düzgün söz) geri çəkilirsiniz. Əgər hədisi rəvayət edənlərin sözünü təkzib etsəniz, onda onlar da sizi həzrəti peyğəmbərin sözünü inkar etməklə təqsirləndirərlər. Çünki onlar bu hədisi gedib həzrəti peyğəmbərə çatana qədər mötəbər şəxslərdən nəql ediblər. Bütün bunlar barədə fikriniz nədir?

Alim (Əbu Hənifə) bu suala belə cavab verir:

– Təkzib etmək ancaq: “Mən həzrəti peyğəmbərin sözünü inkar edirəm”, – deyənin yalanıdır. Lakin bir nəfər: “Mən həzrəti peyğəmbərin dediyi hər şeyə inanıram, ancaq o pislik edilməsini deməyib, Qurana da müxalif olmayıb”, – desə, bu söz o şəxsin həzrəti peyğəmbəri, eləcə də Qurani-Kərimi təsdiq etməyi və Allahın elçisinin Qurana müxalif olmaqdan uzaq olduğunu bildirməsi deməkdir. Əgər həzrəti peyğəmbər Qurana müxalif olsaydı və Allah haqqında düz olmayan şeyləri özündən uydursaydı, Allah Təala onun qüc-qüvvəsini əlindən alar və onun şah damarını qopardardı. Həqiqətən də, Quranda bu məsələ barədə belə deyilir:

“Əgər peyğəmbər Bizim demədiklərimizi Bizə qarşı özündən uydursaydı, əlbəttə, onu qüvvətli bir şəkildə tutar, sonra da qəlb damarını qopardardıq. Sizdən heç kəs də buna mane ola bilməzdi”. (Haqqa, 69/45-47)

Elə isə Allahın peyğəmbəri Allahın kitabına müxalif olmaz, Allahın kitabına müxalif olan kəs də Allahın peyğəmbəri ola bilməz! Onların rəvayət etdikləri bu xəbər Qurana ziddir. Çünki Allah Quranda: “Zina edən qadın və kişi” (Nur, 24/2) ayəsində zina edən kişi və zina edən qadında iman xüsusiyyətinin olmadığını bildirməyib. Eynilə bunun kimi, “Sizdən həyasızlığa düşənlərin hər ikisini də” (Nisa, 4/16) ayəsində Allah “sizdən” ifadəsi ilə yəhudi və xristianları deyil, müsəlmanları nəzərdə tutub.

Deməli, Qurani-Kərimə zidd olaraq həzrəti peyğəmbərdən hədis nəql edən hər hansı bir şəxsi rədd etmək, həzrəti peyğəmbərin özünü rədd etmək və ya təkzib etmək demək deyil. Əksinə, onun adından batil bir şey nəql edəni rədd etmək deməkdir. Mənim ittihamım həzrəti peyğəmbərlə deyil, bu hədisi rəvayət edənlərlə əlaqədardır. Həzrəti peyğəmbərin dediyini eşitdiyimiz, yaxud da eşitmədiyimiz hər bir şeyin bizim başımızın-gözümüzün üstündə yeri var. Biz onların hamısına iman gətirdik, onların həzrəti peyğəmbərin dediyi kimi olduğuna şahidlik edirik. Yenə şahidlik edirik ki, peyğəmbər Allahın qadağan etdiyi bir şeyi əmr etməyib və Allahın bəndələrinə təbliğ etməyi buyurduğu bir şeyə də mane olmayıb. Peyğəmbər heç bir şeyi Allahın təsvir etdiyindən başqa cür təsvir etməz. Yenə şəhadət veririk ki, peyğəmbərimiz bütün məsələlərdə Allahın əmrinə müvafiq hərəkət etmiş, heç bir bidətə yol verməmişdir. Allahın demədiyi heç bir şeyi Allaha nisbət etməmişdir. Elə buna görədir ki, Allah Təala: “Kim peyğəmbərə itaət etsə, Allaha itaət etmiş olar”, – deyə, buyurur (Nisa, 4/80).

MƏNBƏ: İmami Ə’zəmin beş əsəri, Türk dilinə tərcümə edən Mustafa Öz, 2-ci nəşr, İFAV nəşriyyatı, İstanbul, 1992, “əl-Alim və’l-Mütəallim”, s. 24-25.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Xaricilər belə hesab edirlər ki, əməl imanın bir hissəsidir, yəni, əməl imandan bir cüzdür. Onlar böyük günah edən insanın kafir olduğunu irəli sürürlər. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.779 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.084 dəfə oxundu
2 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.640 dəfə oxundu
3 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 5.988 dəfə oxundu
4 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.325 dəfə oxundu
5 Flirt də zinadır? 12.04.10 6.273 dəfə oxundu
6 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.513 dəfə oxundu
7 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 11.039 dəfə oxundu
8 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.363 dəfə oxundu
9 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.916 dəfə oxundu
10 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.728 dəfə oxundu
11 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.111 dəfə oxundu
12 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.792 dəfə oxundu
13 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.167 dəfə oxundu
14 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 6.225 dəfə oxundu
15 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.810 dəfə oxundu
16 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.636 dəfə oxundu
17 Zina kəbini pozur? 30.11.10 10.255 dəfə oxundu
18 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.913 dəfə oxundu
19 İslamda zorlamağın cəzası 19.01.11 4.509 dəfə oxundu
20 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.180 dəfə oxundu
21 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.339 dəfə oxundu
22 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.392 dəfə oxundu
23 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.779 dəfə oxundu
24 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 813 dəfə oxundu
25 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.386 dəfə oxundu
26 Zorlanan qadına günah yazılır? 26.03.11 5.322 dəfə oxundu
27 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.643 dəfə oxundu
28 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.727 dəfə oxundu
29 Zina edən kafir olur? 02.05.11 6.606 dəfə oxundu
30 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 257 dəfə oxundu
31 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.686 dəfə oxundu
32 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.215 dəfə oxundu
33 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 3.485 dəfə oxundu
34 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 7.984 dəfə oxundu