Müsəlmanlar
Cənnətdə hamı Allahı görəcək?

Cənnətdə hamı Allahı görəcək?

Sual: Cənnətdə Allah Təala öz surətini cənnətliklərə göstərəcək? Bu “görən” şəxslər birinci qatdakılar olacaq, yoxsa Allahı ancaq yeddinci qatdakı cənnətliklər görəcək?

Cavab: Bizim o qatlar barədə dəqiq məlumatımız yoxdur. Bununla belə, Allah Təala Quranın Qiyamət surəsində bunu bildirir:

“Üzlər var ki, həmin gün par-par parıldayacaq. Rəblərinə baxacaqlar (Onu görəcəklər)”. (Qiyamət, 75/22-23)

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) da bildirib ki, göy üzündəki aya baxdıqda heç kəs bir-birinə mane ola bilmədiyi kimi, Cənnətdə də Allahın camalını görmək mümkün olacaq.

Bu məsələ barədə ətraflı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/1763.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.