İş yerində Cümə namazı qılmaq olar?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 28 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Bizim iş yerimizdə 120 nəfər işçi var. Müdiriyyətdən bizi Cümə namazı üçün bayıra buraxmaq istəmirlər. İstəyirlər ki, elə burda cəm halda qılaq. Bu dini cəhətdən düzgündürmü? Cümə namazını iş yerində qılmaq olar?

Cavab: Peyğəmbərimizin (s. a. v.) dövründə sadəcə olaraq peyğəmbər məscidində Cümə namazı qılınırdı. Quranda Cümə namazı ilə əlaqədar olaraq belə deyilir:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)

Ayədə deyilir ki, namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin. Deməli, bu çağırış başqa bir yerdən olur. Yəni, insanlar namaza ümumi bir yerdən çağırılırlar. Elə bir yerdən ki, hamı namaz üçün ora gedə və qaçışa bilsin. Hamının üzünə açıq olsun.

Tutalım ki, sizin iş yerinizdə (fabrik, zavod və sairə) Cümə namazı qılınacaq. Oranın əməkdaşları namaza durduqları vaxt kənardan (orada işləməyən) bir nəfər gəlsə, qarovulçu çox güman ki, belə deyəcək: “Bağışlayın, kənar şəxslərə giriş qadağandır”.

Elə isə belə bir yerdə Cümə namazı qılmaq mümkün deyil. Cümə namazının qılındığı yer hamının üzünə açıq olan və əzan oxunub namazın elan edildiyi bir yer olmalıdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.122 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 889 dəfə oxundu
2 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.715 dəfə oxundu
3 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.122 dəfə oxundu
4 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.367 dəfə oxundu
5 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.722 dəfə oxundu
6 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.025 dəfə oxundu
7 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.834 dəfə oxundu
8 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.495 dəfə oxundu
9 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.628 dəfə oxundu
10 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.371 dəfə oxundu
11 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 962 dəfə oxundu
12 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.751 dəfə oxundu
13 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.859 dəfə oxundu
14 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 787 dəfə oxundu
15 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.398 dəfə oxundu
16 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.730 dəfə oxundu
17 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 924 dəfə oxundu
18 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.568 dəfə oxundu
19 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.627 dəfə oxundu
20 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.402 dəfə oxundu
21 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.704 dəfə oxundu
22 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.155 dəfə oxundu
23 Qadınlar və Cümə namazı 26.03.10 7.019 dəfə oxundu
24 Dəlillərlə Cümə namazı 12.02.10 6.489 dəfə oxundu
25 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.948 dəfə oxundu
26 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.853 dəfə oxundu
27 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.613 dəfə oxundu
28 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.260 dəfə oxundu
29 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.897 dəfə oxundu
30 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.393 dəfə oxundu
31 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.791 dəfə oxundu
32 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu
33 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.743 dəfə oxundu
34 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.801 dəfə oxundu